Rusiyanın Ryazan vilayətində avqustun 18 i matəm günü elan edilib
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Moskva, 16 avqust, AZƏRTAC
Rusiyanın Ryazan vilayətindəki Şilov rayonunda bir müəssisədə baş vermiş yanğın nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb, xəsarət alan 130 insana tibbi yardım göstərilib, onlardan 29-u xəstəxanaya yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə insidentlə bağlı yaradılmış operativ qərargah məlumat yayıb. Yanğın müəssisənin istehsalat sexlərindən birində başlayıb və geniş ərazini əhatə edib. Texnogen qəzanın nəticələrini aradan qaldırmaq üçün 360 mütəxəssis və 90 ədəd texnika cəlb olunub, kinoloqlar dağılmış konstruksiyaları araşdırır. Fasiləsiz çalışan xilasedicilər qrupu ağır texnikanın köməyi ilə dağıntıları, plitələri təmizləyir, inşaat tullantılarını ərazidən kənarlaşdırır.
Vilayətin rəhbəri Pavel Malkov bildirib ki, faciə ilə əlaqədar avqustun 18-i regionda matəm günü elan olunub.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 16 Avqust 2025 13:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















