Icma.az
close
up
RU
Rusiyanın şərtləri o dərəcədə qəbuledilməzdir ki, Alyaskada müharibəni dayandırmaq mümkünsüz görünür

Rusiyanın şərtləri o dərəcədə qəbuledilməzdir ki, Alyaskada müharibəni dayandırmaq mümkünsüz görünür

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Ucsuz-bucaqsız ərazilərə malik olan Rusiyanın təbii ki, yeni ərazilərə ehtiyacı yoxdur. Xüsusilə də Rusiya regionlarının hər keçən gün daha da boşalması, əhali artımının azalması fonunda yeni ərazilər lazımsız görünür. Amma məsələ burasındadır ki, Rusiya yeni ərazilərə sahib olmağa özünün imperiya maraqlarını təmin etmək üçün imkan kimi baxır”.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Yusif Bağırzadə danışıb. Politoloq qeyd edib ki, Çin kimi iqtisadi gücdən istifadə edib ayrı-ayrı ölkələri özünə bağlamaq kimi imkanı olmadığı üçün yalnız müharibə yolu ilə nəyəsə nail olmağa çalışır.

Konkret Ukrayna timsalında yeni ərazilərin işğalı ilə bağlı politoloq bildirib ki, bu yolla ərazilərin genişləndirilməsi faydasız bir işdir, çünki nə Ukrayna, nə də hər hansı bir digər ölkə və ya beynəlxalq qurum heç bir halda həmin əraziləri Rusiya ərazisi olaraq tanımayacaq.

“Hətta təmas xətti əsas götürülərək müharibə dayandırılsa belə, yəni Ukraynanın işğal altında olan əraziləri Rusiyanın nəzarətində qalacaqsa da bu, münaqişənin həlli sayılmayacaq. Bu yolla münaqişəni ancaq dondurmaq olar ki, bu da gələcəkdə yeni müharibə ehtimallarını artırır”-deyən politoloq vurğulayıb ki, ümumiyyətlə, Alyaskada keçirilməsi nəzərdə tutulan görüşdə müharibəni dayandırmaq faktiki olaraq mümkünsüz görünür, çünki Rusiyanın şərtləri o dərəcədə qəbuledilməzdir ki, bu şərtlərlə nəyəsə nail olmaq mümkün deyil.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 13 Avqust 2025 22:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see210

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see199

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see185

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see182

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see178

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see151

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see151

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see147

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see144

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see142

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see140

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see139

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see138

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see138

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see133

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see132

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see132

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see131

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see130

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri