Rusiyanın silah satışı çöküb Kreml etiraf edir, amma yenə saxta statistika yayır
Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
Ukraynanın işğalından əvvəl ildə təxminən 14 milyard dollar valyuta gəliri əldə edən Rusiyanın silah ixracı 2022-ci illə müqayisədə iki dəfə azalıb.
“AzPolitika” xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, bunu Rusiyanın silah inhisarçısı olan “Rostex”-in rəhbəri Sergey Çemezov Dubayda keçirilən hərbi sərgidə deyib.
Onun sözlərinə görə, “Rostex” hazırda əsasən Rusiya ordusuna silah tədarükü üçün fəaliyyət göstərir. Çemezov etiraf edib ki, 2022-ci ilin fevral ayından bəri “Rostex”-ə tətbiq edilən sanksiyalar şirkətin həm mülki, həm də müdafiə bölmələrinin işini çətinləşdirib. Lakin o, ixracın tezliklə bərpa olunacağına əminlik ifadə edib.
Lakin Çemezov silah ixracı ilə bağlı rəqəmləri şişirdib. Belə ki, “Ceymstaun Fondu”nun məlumatına görə, ötən il Rusiya cəmi 1 milyard dollar dəyərində silah ixrac edib. Fondun məlumatına görə, müharibənin hələ ilk ilində “Rostex”-in xarici müştərilərinə silah satışı iki dəfə azalaraq 8 milyard dollara, 2023-cü ildə 3 milyard dollara düşüb və sonra daha üç dəfə azalıb.
SIPRI-nin məlumatına görə, Rusiyanın qlobal silah bazarındakı payı 21%-dən 7,8%-ə düşüb. Nəticədə, Rusiya ən böyük silah ixracatçıları reytinqindəki ikinci yerini Fransaya uduzub. ABŞ bu bazrda birinci yeri saxlayır və onun payı artır: ötən ilin sonunda ABŞ-nin payı 44% olub, hansı ki, 2015-2019-cu illərdə bu rəqəm 35% idi.
Hindistan 38% payla Rusiyanın ən böyük silah alıcısı olaraq qalır. Onun ardınca Çin (17%) və Qazaxıstan (11%) gəlir.
“AzPolitika.info”
Baxış sayı:76
Bu xəbər 19 Noyabr 2025 11:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















