Icma.az
close
up
RU
“Rusiyanın sülh barədə verdiyi bütün açıqlamalar tamamilə formaldır” HƏRBİ EKSPERT

“Rusiyanın sülh barədə verdiyi bütün açıqlamalar tamamilə formaldır” HƏRBİ EKSPERT

Icma.az bildirir, Gununsesi portalına istinadən.

“Rusiya və Ukrayna arasında gedən müharibənin nə bu il, nə də gələn ilin ən azı ortalarına qədər sona çatacağını düşünmürəm. Bunu dəfələrlə demişəm. Rusiyanın sülh barədə verdiyi bütün açıqlamalar, sülh prosesi və atəşkəs çağırışları tamamilə formaldır. Ateşkəs barədə danışmaq ümumiyyətlə Rusiyanın marağına uyğun deyil”.

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında hərbi eskpert Ədalət Verdiyev deyib:

“Rusiya bildirir ki, birbaşa sülh sazişi imzalanmalıdır və bu da məhz onun tələbləri ilə olmalıdır. Ukrayna həmin şərtləri qəbul edərsə, təbii ki, ölkə daxilində ciddi narazılıq yaranacaq, əhali ayağa qalxacaq, Zelenski məcbur qalıb istefa verəcək. Konstitusiyaya əsasən yeni seçkilərin təyin olunması, yeni rəhbərin seçilməsi isə vaxt aparacaq.

Zelenski bu gün demək olar ki, heç kimdən yetərli dəstək ala bilmir. Məğlubiyyətin anası olmur, məğlubiyyət yetimdir, qələbənin atası olur. Hazırda Ukrayna NATO və Avropa İttifaqından edilən cüzi yardımlar hesabına döyüşləri davam etdirir. Amma ərazi itirə-itirə davam edir. Əvvəllər Rusiya bir rayon uğrunda aylarla mübarizə aparırdısa, indi həftələr ərzində həmin rayonların taleyini həll edirlər. Düzdür, Rusiyanın hücum və işğal tempi zəifdir, amma son iki ayda proseslərin müəyyən qədər sürətləndiyi də görünür”.

Hərbi ekspert fikirlərinə belə davam edib:

“Deyilirdi ki, Rusiyanı məğlub etmək üçün maliyyə və sanksiya təzyiqi kifayət edəcək. Bu, tamamilə yanlış yanaşmadır. Həmin vəsaitlər müharibədən əvvəl də Rusiyanın sərəncamında idi, müharibə başlayanda da. Avropa uzun müddətdir Rusiya aktivlərinin müsadirə olunmasını müzakirə etsə də, bunu başa çatdıra bilmir. Rusiyadan alınan qazın dəyəri 187 milyard, neft və qaz üçün Avropanın ödədiyi ümumi məbləğ isə 314 milyard dollardır. Verilən silah yardımı isə təxminən 190 milyard dollardır. Yəni ümumi balans yenə də Rusiyanın xeyrinədir. Buna görə Avropa daxilində də fikir ayrılıqları yaranıb.

Rusiya müharibəni davam etdirmək niyyətindədir. Müharibəni dayandırmağın bir neçə yolu var: atəşkəs, sülh sazişi və ya tərəflərə ciddi təzyiq. Amma Rusiyanı dayandıra biləcək yeganə real faktor onun strateji cəhətdən ağır məğlubiyyətə uğraması, geri çəkilməyə məcbur qalması və müharibənin artıq Rusiya ərazisinə keçməsidir. Hazırda isə biz bunun əksini görürük”.

Ədalət Verdiyev Rusiyanın istifadə etdiyi İran istehsalı PUA-lar və yerli ‘Milena’ dəniz dronlarında ABŞ istehsalı, İlon Maskın şirkətinə məxsus Starlink data-link modullarının tətbiq edilməsi faktına da toxunub:

“Bu nə deməkdir? Yəni dronlar GPS-lə yox, peyk vasitəsilə idarə olunur – əvvəllər Ukraynanın üstünlük qazandığı üsulla. Əvvəl Ukrayna ərazisində çoxlu PUA vurulurdu, indi isə o rəqəmlər yoxdur, görüntülər yoxdur. Bu fakt göstərir ki, ABŞ prezidentinin ən yaxın müşavirlərindən biri olmuş İlon Maskın istehsal etdiyi avadanlıqlar necə isə Rusiyanın əlinə keçir. Belə olan halda biz bu müharibənin yaxın zamanda bitəcəyindən danışa bilmərik. 

Rusiya daha çox irəliləməyə, NATO sərhədlərinə yaxınlaşmağa və öz raketləri ilə Şərqi Avropanı, eləcə də keçmiş SSRİ respublikalarını təhdid altında saxlamağa çalışır.

Əslində Ukraynanın qarşısında çox variant yoxdur. Cəmi iki seçim var: pis və daha pis”.

Şəbnəm

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:50
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 04 Dekabr 2025 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri