Rusiyanın tərəfdaşlarına pis xəbər: Yeni ticarət savaşı başlayır
Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.
“Avropa Ukrayna münaqişəsinin həlli üzrə danışıqların uğursuzluğu halında Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır”.
Globalinfo.az xəbər verir ki, bunu Fransanın Avropa və xarici işlər naziri Jan Noel Baron deyib.
O bildirib ki, tədbirlər ABŞ senatoru Lindsi Qrem tərəfindən təklif olunan ikinci dərəcəli sanksiyalar qanun layihəsi ilə əlaqələndirilə bilər:
“Müvafiq olaraq, Rusiyadan neft, neft məhsulları, təbii qaz və ya uran alan ölkələrdən idxala 500 faiz gömrük rüsumunun tətbiqi təklif edilir. Biz avropalılar ABŞ-ın son təşəbbüsünü 17-ci sanksiyalar paketi ilə müşayiət edəcəyik. Dünən mən Lindsi Qremə söz verdim ki, iki paketi koordinasiya etməyə çalışacağıq”.
Qeyd edək ki, mayın 1-də respublikaçı senator Lindsi Qrem Rusiyaya qarşı ikinci dərəcəli sanksiyalar haqqında qanun layihəsi hazırlayıb. Fevralda isə ABŞ prezidenti Rusiyaya qarşı bütün məhdudiyyətləri daha bir il uzadıb.
Günay Rəsulqızı
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 02 May 2025 11:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















