Rusiyanın Türkiyədəki səfirinə sui qəsd edənlərdən biri TAPILDI
Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
2016-cı ildə Rusiyanın Türkiyədəki səfiri Andrey Karlova sui-qəsd təşkil edənlərdən biri Kanadaya qaçıb və saxta ad altında gizlənir.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə CNN Türk təhlükəsizlik xidmətlərindəki mənbələrə istinadən bildirib.
Kanalın məlumatına görə, əsl adı Cemal Karaata olan cinayətkar Fətullahçı Terror Təşkilatının (FETÖ) üzvüdür. Kanadaya köçdükdən sonra adını Salih Ada olaraq dəyişdirdiyi və “Qualia Counseling Services”-də psixoterapevt kimi işə düzəldiyi bildirilir:
“Rusiya səfirinin qətlinin təşkilatçısı Cemal Karaatanın adını dəyişdirməsinin əsas səbəblərindən biri Rusiya tərəfindən qaçırılmaq qorxusu olub".
Xatırladaq ki, Rusiyanın Türkiyədəki səfiri Karlovun sui-qəsdi 19 dekabr 2016-cı ildə baş verib. Cinayəti yerli təhlükəsizlik qüvvələri tərəfindən hadisə yerində zərərsizləşdirilən keçmiş polis məmuru Mövlud Mert Altıntaş törədib. Türkiyə hesab edir ki, hücumu Fətullah Gülənin təşkilatı FETÖ üzvləri həyata keçirib.
2023-cü ildə Türkiyənin Ali Kassasiya Məhkəməsi qətlə yetirilmiş səfir Karlovun Rusiya ilə münasibətləri gərginləşdirmək istəyən radikallar tərəfindən hədəfə alındığını bildirib.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 16 Yanvar 2026 20:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















