Icma.az
close
up
RU
Rusiyanın Ukrayna ilə sülh üçün şərtləri açıqlandı

Rusiyanın Ukrayna ilə sülh üçün şərtləri açıqlandı

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiyanın sülh təklifləri Ukraynada seçkinin keçirilməsini və daha sonra sülh müqaviləsinin imzalanmasını nəzərdə tutur.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Moskvanın Kiyevə təqdim etdiyi sülh təklifləri ilə bağlı memorandumda deyilir.

Memoranduma görə, Krım, Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətləri Rusiyanın bir hissəsi kimi beynəlxalq səviyyədə tanınmalı, Ukrayna Silahlı Qüvvələri bu ərazilərdən tamamilə çıxarılmalıdır.

Sənədə əsasən, Rusiya 6 000 həlak olmuş hərbçinin cəsədini Ukrayna tərəfinə təhvil verdikdən dərhal sonra, yekun müqavilənin imzalanma tarixini özündə əks etdirən atəşkəs haqqında memorandum imzalanmalıdır.

Bundan sonra 30 günlük atəşkəs elan edilir, daha sonra seçki keçirilir, Ukrayna ərazisində dövlət orqanları formalaşdırılır, ardınca isə müqavilə imzalanır.

Rusiyanın tələbləri artasında digər müddəalar da yer alır:

- Ukraynanın neytrallığı, hərbi ittifaqlara qoşulmaqdan imtinası;

- Ukraynada digər dövlətlərin hərbi fəaliyyətinə qadağa;

- Ukraynanın qeyri-nüvə statusu, Ukrayna Silahlı Qüvvələrinin maksimum sayının müəyyənləşdirilməsi;

- Rusiyaya qarşı tətbiq edilən iqtisadi sanksiyaların ləğvi;

- Hərbi fəaliyyətlərdən dəymiş zərərlə bağlı iddialardan qarşılıqlı imtina;

- Rusdilli əhalinin hüquq və azadlıqlarının təmin edilməsi, nasizmin tərənnüm edilməsinə qadağa qoyulması;

- Ailələrin və köçkünlərin birləşməsi ilə bağlı bir sıra məsələlərin həlli;

- Diplomatik və iqtisadi əlaqələrin, o cümlədən qaz tranzitinin mərhələli şəkildə bərpası.

Rusiya sənədində həmçinin vurğulanır ki, Rusiya ilə Ukrayna arasında sülh müqaviləsi BMT Təhlükəsizlik Şurasının qanuni qüvvəyə malik qətnaməsi ilə təsdiqlənməlidir. Yalnız bundan sonra müqavilənin ratifikasiyası, qüvvəyə minməsi və həyata keçirilməsi mümkündür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://oxu.az
archiveBu xəbər 02 İyun 2025 21:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see756

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see583

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see333

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see324

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see294

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see292

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see286

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see274

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see272

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see271

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see257

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see242

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see240

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see232

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see216

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see214

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see203

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see195

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri