Icma.az
close
up
RU
Rusiyanın Ukraynada etdikləri başlanğıcdır, imkan düşən kimi... Ekspert

Rusiyanın Ukraynada etdikləri başlanğıcdır, imkan düşən kimi... Ekspert

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Rusiya əlinə imkan düşən kimi özünün işğalçılıq siyasətini daha da gücləndirəcək". 

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert İbrahim Rüstəmli Ukrayna prezidenti Volodimir Zelenskinin açıqladığı Rusiyanın Odessanı da ələ keçirərək, Moldova və Rumıniya sərhədinədək irəliləmək planını şərh edərkən deyib.

"Rusiyanın işğalçılıq siyasəti əsrlər boyu davam edib və indi də onun müəyyən işartıları göz önündədir. Rusiyanın hazırkı aqressiv addımlarının arxasında daha böyük planlar dayanır", deyə İbrahim Rüstəmli bildirib.

Bu mənada ekspertin fikrincə, Kremlin Ukraynada həyata keçirdikləri hələ başlanğıcdır:

"Yəni indi baş verənlər gələcəkdə baş verənlər üçün başlanğıc rolunu oynayır. Moskvanın keçmiş sovet respublikalarına qarşı aqressiv davranışı artıq göz önündədir. Belədə Qərb Rusiyanı təkcə keçmiş sovet respublikaları üçün deyil, ümumilikdə dünya, xüsusən də Avropa üçün təhdid hesab edir. Bu barədə hətta Tramp Avropanı xəbərdar edib".

 

Həmsöhbətimiz qeyd edir ki, Moskvanın postsovet ölkələrinə münasibətdə son dövrlər sərgilədiyi məqamlar da onun işğalçılıq siyasətinin tərkib hissəsidir:

"Rusiya əlinə imkan düşən kimi dərhal bu işğalçılıq siyasətini həyata keçirməyə çalışacaq. Ona görə də bu məsələdə heç bir yenilik yoxdur.  Ukraynada qalib gəlsə, Rusiya növbəti addım olaraq digər keçmiş sovet respublikalarının üzərinə yürüyəcək. Bu onun siyasətinin ana xəttidir".   

Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna-Cənub-Şərqi Avropa sammitində Rusiyanın Odesanı ələ keçirməyi, daha sonra isə Moldova və Rumıniya sərhədinədək irəliləməyi planlaşdırdığını bəyan edib: 

"Rusiya hərbi planları bu bölgəyə - Odesa və daha sonra Moldova ilə Rumıniya sərhədinədək uzanır. Əlbəttə, bizim həm dərhal müdafiəyə, həm də bu cür hadisələrin baş verməməsi üçün uzunmüddətli zəmanətlərə ehtiyacımız var. Buna görə də müharibədən sonrakı təhlükəsizlik zəmanətlərinə praktik zərurət kimi yanaşmaq vacibdir".

Rüfət Sultan


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 12 İyun 2025 21:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see535

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see496

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see368

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see283

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see278

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see271

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see269

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see263

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see261

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see242

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see240

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see240

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see236

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see224

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see215

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see211

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see206

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see188

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see182

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri