Icma.az
close
up
RU
Rusiyanın Ukraynadakı itkiləri

Rusiyanın Ukraynadakı itkiləri

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xaqani CƏFƏRLİ

NATO-nun məlumatına görə, Rusiyanın Ukraynadakı itkilərinin ümumi sayı 900 mini keçib. Bu barədə NATO-nun adının açıqlanmasını istəməyən yüksək rütbəli rəsmisinə istinadən Almaniyanın "Deutsche Welle" radiosu məlumat yayıb. NATO rəsmisinin sözlərinə görə, Ukraynaya qarşı işğalçılıq müharibəsində Rusiyanın itkilərinin təxminən 250 minini həlak olanlar təşkil edir.

Rusiyanın itkilərinin bu həddə çatmasının əsas səbəblərindən biri kimi hərbi tibb xidmətinin bərbad vəziyyətdə olması göstərilir. Qeyd edək ki, Rusiya ordusunda hərbi xidmətin bərbad vəziyyətdə olması haqqında rusiyalı jurnalistlər müharibənin ilk ilindən danışmağa başlamışdılar. Rusiyanın hərbi ekspertləri də ölüm faizinin yüksək olmasını tibb xidmətinin bərbad olması ilə izah edirlər. Ekspertlərə görə, tibb xidmətinin bərbad olmasına görə yaralı hərbçilərə vaxtında yardım edilməməsi nəticəsində qanaxmadan ölənlər çoxluq təşkil edir. Çox maraqlıdır ki, bu fikirlər müharibənin ilk aylarından başlayaraq səslənsə də, vəziyyət bu günə kimi dəyişməyib. Əksinə, vəziyyətin daha da pisləşməsi haqqında çoxsaylı məlumatlar var.

Rusiya ordusunun Ukraynadakı itkilərinin ümumi sayının 900 mini keçdiyini Böyük Britaniya kəşfiyyatı ötən ay bəyan etmişdi. Böyük Britaniya Müdafiə Nazirliyinin X sosial şəbəkəsindəki rəsmi səhfəsində yayılan məlumatda deyilirdi ki, ümumi itkilərin 200-250 minini hələk olan hərbçilər təşkil edir. Britaniya kəşfiyyatı Kreml sahibinin Rusiya ordusunu həyatlarına az dəyər verilən etnik azlıqlar hesabına təşkil etdiyi ilə bağlı fikir də irəli sürmüşdü. Bu iddia da əsassız deyil. Rusiyanın bölgələri arasında Başqırdıstan və Tatarıstan çox itki verən əyalətlər hesab olunur. Başqırdıstanın təsdiqlənmiş itkiləri 4487 nəfər, Tatarıstanın itkiləri 4371 nəfər təşkil edir.

Rusiyanın ümumi itkilərinin 900 min nəfəri keçdiyini Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı da hələ ötən ay bəyan etmişdi. Belə görünür ki, bu rəqəm gerçəkliyi əks etdirir. Əks halda dünyada ən mükəmməl kəşfiyat orqanı ünvanına sahib olan Britaniya kəşfiyyatı belə bir məlumatı yaymazdı. İndi isə 32 dövləti birləşdirən NATO siyasi-hərbi alyansının rəsmisi də Rusiyanın itkilərinin 900 mini keçdiyini bildirirsə, deməli, bu statistika gerçəkliyi əks etdirir.

Rusiyanın itkilərinin sayının sürətlə bir milyon nəfərə yaxınlaşmasına baxmayaraq, Krem rəhbərliyi müharibəni davam etdirməkdə israrlıdır. ABŞ prezidenti Donald Trampın atəşkəsə nail olmaq cəhdlərinin nəticə verməməsi də bununla bağlıdır. Rusiya rəhbərliyi atəşkəs və sülh danışıqları üçün gerçəkləşməsi mümkün olmayan tələblər irəli sürür. Hərbi ekspertlər isə iddia edirlər ki, yazın gəlişi və havaların isinməsi ilə müharibənin şiddəti daha da artacaq. Rusiyanın yeni hücuma hazırlaşdığı haqqında məlumatlar yayılır. Rusiyada yeni hərbi səfərbərlik başlayıb və belə görünür ki, Kreml sonuncu əsgərinə kimi döyüşmək niyyətindədir. Lakin bu siyasətin ağır nəticələr doğurduğu bütün sahələrdə hiss olunmağa başlayıb. Rusiyanın hüquq-mühafizə orqanları da daxil olmaqla bütün dövlət strukturları və özəl biznes strukturları kadr çatışmazlığı ilə bağlı həyəcan təbili çalırlar. Ekspertlər hesab edirlər ki, müharibənin daha bir davam etdirilməsi kadr çatışmazlığını iki dəfə artıra bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://525.az
archiveBu xəbər 08 Aprel 2025 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see319

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see304

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see291

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see290

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see262

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see241

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see238

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see235

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see222

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see215

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see215

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see214

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see212

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see203

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see201

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see192

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see189

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri