Icma.az
close
up
RU
Rusiyanın Ukraynanı məğlub edə bilməməsinin 3 səbəbi

Rusiyanın Ukraynanı məğlub edə bilməməsinin 3 səbəbi

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Kreml rəhbəri Vladimir Putin üçün müharibənin 1418-ci günü (11 yanvar) ən alçaldıcı “yubiley” oldu. Alman-sovet müharibəsi də məhz bu qədər davam etmişdi, lakin bu müddətdə Rusiya ordusu Ukraynanın hətta beşdə birini belə ələ keçirə bilməyib.

Axar.az xəbər verir ki, bu barədə 36 illik təcrübəyə malik hərbi analitik, silah sistemləri üzrə ekspert, Kazimir Pulaski Fondunun tədqiqat direktoru Ruben Conson “19FortyFive” üçün yazdığı məqalədə bildirib.

O qeyd edib ki, Putinin yeganə ümidi odur ki, blef və şantaj yolu ilə Qərbi Kiyevi ədalətsiz sülh sazişinə məcbur etməyə inandırsın və Moskva güc yolu ilə ala bilmədiyi əraziləri bu yolla əldə etsin. Ümumilikdə Rusiyanın qalib gələ bilməməsinin üç səbəbi var.

1. Total korrupsiya

2011-ci ildən etibarən Rusiya ordusunun modernləşdirilməsinə yüz milyardlarla dollar ayrılıb, lakin vəsaitin böyük hissəsi Müdafiə Nazirliyi daxilindəki qruplar tərəfindən mənimsənilib. Vəd edilən 70% yeni texnika əvəzinə qoşunlara nasaz və köhnəlmiş avadanlıq verilib.

Korrupsiya hətta əsas təminata da sirayət edib: işğalın əvvəlində yanacaq və quru ərzaq paketləri qara bazarda satılıb, nəticədə Kiyevə doğru hərəkət edən kolonlar döyüşsüz dayanmalı olub.

2. Logistika və təminatın çökməsi

Rusiya şəxsi heyətin sayını qorumaqda, sursat ehtiyatlarını təmin etməkdə və texnikanın saz vəziyyətdə saxlanılmasında artan çətinliklərlə üzləşir. Buradan çıxan əsas nəticə odur ki, müdafiə sektoruna onilliklər boyu laqeyd yanaşmanı qısa müddətdə aradan qaldırmaq mümkün deyil. Məhz bu problemləri həll edə bilməməsi Moskvanın hərbi maşınını ləngidir və kampaniyanı tükənmə müharibəsinə çevirir.

3. İmperiya təkəbbürü və Ukraynanı ciddiyə almamaq

RUSİ (Kral Birləşmiş Müdafiə Araşdırmaları İnstitutu) ekspertlərinin fikrincə, müharibə Putin üçün strateji fəlakətə çevrilib:

“Ruslar özlərini nə qədər şişirtdilərsə, ukraynalıları da bir o qədər aşağı qiymətləndirdilər. Onlar ukraynalıların daha zəif və bacarıqsız xalq olduğu düşüncəsinə inanırdılar. Bu baxış irqçilik, şovinizm və imperializmə əsaslanırdı. Daha zəif və korrupsiyaya batmış rəqib barədə təsəvvür qısa və kəskin toqquşmanın kifayət edəcəyinə inam yaratmışdı”.

Bildirilir ki, bu uğursuzluqlar müharibənin əvvəlindən bəri aradan qaldırılmayıb, əksinə bir çox hallarda daha da dərinləşib.

Ekspertlərin fikrincə, Qərb Rusiyanın “məğlubedilməzliyi” mifinə inanmağı dayandırmalıdır. Sülhə aparan yeganə yol Ukraynaya dəstəyin gücləndirilməsi və Moskvanın gələcək aqressiyasını cilovlamaq üçün NATO qoşunlarının “sığorta mexanizmi” kimi yerləşdirilməsidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://axar.az
archiveBu xəbər 17 Fevral 2026 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri