Icma.az
close
up
RU
“Rusiyanın Ukraynanı tam ələ keçirməməsi yetərincə böyük güzəştdir” TRAMP

“Rusiyanın Ukraynanı tam ələ keçirməməsi yetərincə böyük güzəştdir” TRAMP

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

ABŞ Prezidenti Donald Tramp Rusiyanın müharibənin dayandırılması üçün güzəştlərə getməyə hazır olduğunu açıqlayıb.

“Report” “The Hill”ə istinadən xəbər verir ki, bu barədə dövlət başçısı Norveç Baş naziri Yonas Qar Stere ilə danışıqlardan sonra jurnalistlərə bildirib.

Jurnalistlər Trampdan “sülhə yaxınlaşmaq üçün Rusiyanın hazırda hansı güzəştlərə getdiyini” soruşublar.

“Müharibənin dayandırılması, bütün ölkəni ələ keçirməkdən imtina – kifayət qədər böyük güzəştdir”, – Amerika lideri bildirib.

ABŞ Prezidenti sülhə nail olmaq üçün Ukraynanın öz ərazisinin bir hissəsindən imtina etməli olduğu mövqeyinə sadiq qalıb-qalmadığı sualına belə cavab verib: “Bu hansı ərazidən söhbət getdiyindən asılıdır. Biz əlimizdən gələni edəcəyik”.

Onun fikrincə, Ukraynanın Krımı geri qaytarması çətin olacaq, çünki yarımadanın ilhaqı döyüş əməliyyatları olmadan baş verib.

Xatırladaq ki, daha əvvəl “Financial Times” mənbələrə istinadən Rusiya Prezidenti Vladimir Putinin Ukraynada döyüş əməliyyatlarını hazırkı cəbhə xətti boyunca dayandırmağı təklif etdiyi barədə məlumat yaymışdı. Putin aprelin əvvəlində Sankt-Peterburqda Trampın xüsusi elçisi Stiv Uitkoff ilə görüşü zamanı həmçinin bildirib ki, Moskva Rusiyanın işğal etdiyi Ukrayna bölgələrinin Kiyevin nəzarətində qalan hissələrinə olan iddialarından imtina edə bilər. Bundan sonra, FT-nin yazdığına görə, ABŞ Krımın Rusiyaya məxsus olduğunun, həmçinin Moskvanın işğal etdiyi dörd bölgənin bir hissəsi üzərində faktiki nəzarətinin tanınmasını əhatə edən mümkün nizamlama ideyalarını irəli sürüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 25 Aprel 2025 08:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see178

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see165

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see159

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see156

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see154

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see146

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri