Rusiyanın Zaporojyeyə hücum etdi: Ölənlər var
Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Zaporojye vilayətinin mərkəzinə endirdiyi zərbə nəticəsində azı yeddi nəfər ölüb, yaralıların olduğu bildirilir.
Redaktor.az xəbər verir ki, bu barədə Zaporojye vilayət dövlət administrasiyası və şəhər şurası sosial şəbəkədə məlumat yayıb.
Belə ki, yerli vaxtla 18:00 (Bakı vaxtı ilə 20:00) radələrində vilayətin mərkəzində partlayış səsləri eşidilib. Vilayət hərbi administrasiyasının başçısı İvan Fedorov partlayışın olduğunu təsdiqləyib və texniki qulluq stansiyasının yandığını qeyd edib.
Bəzi icmalarda elektrikin verilişində fasilələr müşahidə olunur.
Bir müddət sonra yerli hakimiyyət orqanları yeddi nəfərin öldüyünü açıqlayıb. Federov zərərçəkmişlərdə qəlpə yaraları və baş zədələrinin olduğunu deyib. Zərərçəkmişlərin arasında uşaqların olduğunu vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 06 Dekabr 2024 21:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















