Icma.az
close
up
RU
Rusiyanın Zəngəzur həyəcanı: bunu heç kim gözləmirdi Sürpriz qərar

Rusiyanın Zəngəzur həyəcanı: bunu heç kim gözləmirdi Sürpriz qərar

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycan və Ermənistan arasında sülh prosesinə dair açıqlama verib. O qeyd edib ki, tərəflər yalnız ikitərəfli münasibətləri deyil, həm də regiondakı geosiyasi balansı nəzərə alaraq addımlar atmalıdır.

Sitat: “Azərbaycan və Ermənistan sülh prosesində regional balansı nəzərə almalı və öz xarici siyasətlərini bu balansa uyğun formalaşdırmalıdır”.

Analitiklərə görə, “regional balans” vurğusu Rusiyanın prosesdən kənarlaşmaq istəmədiyi və sülh danışıqlarında əsas oyunçu statusunu saxlamağa çalışmasının mesajıdır. Həmçinin bu açıqlama Moskvanın Cənubi Qafqazdakı təsirini qorumaq niyyəti kimi qiymətləndirilir.

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Moskva prosesdən məmnun deyil:

“Bunun səbəbi rəsmi Moskvanın regionla bağlı planlarının tamamilə fərqli olmasıdır. Uzun illər Rusiya Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsinə mane olub, prosesi nəzarətdə saxlayaraq sülh müqaviləsinin imzalanmasını əngəlləyib. 44 günlük müharibədən sonra Rusiya rəsmiləri müxtəlif mövzularda danışsalar da, sülh müqaviləsinə dair konkret mövqe bildirməyib və onun sonrakı mərhələlərə saxlanmasının vacibliyini vurğulayıblar.

Moskvanın məqsədi münaqişəni tam həll etmək deyil, dondurmaq, bunun üzərindən prosesləri idarə etmək və tərəflərə təzyiq mexanizmlərini əlində saxlamaq idi. Bu, Azərbaycanın maraqlarına uyğun olmadığı üçün rəsmi Bakı ikitərəfli formatda danışıqları irəli aparmağa çalışdı və buna nail oldu”.

Politoloq qeyd edib ki, Rusiyanı narazı salan təkcə sülh müqaviləsinin paraflanması deyil, həm də Zəngəzur dəhlizinə nəzarətlə bağlı baş verənlərdir:

Həmçinin oxuyun:

Trampın rolu, Əliyevin imzası… – Dünya bundan danışır

“Ermənistan rəsmən bu dəhlizdə nəzarətin ABŞ-a verilməsini qəbul etdi ki, bu da Moskva üçün tam gözlənilməz olmasa da, müəyyən mənada sürpriz oldu. Halbuki Ermənistan əvvəllər bu mövzuda hansısa tərəfə güzəşt edildiyini demirdi.

Oqtay Qasımov

Rusiya tərəfinin açıqlamaları əslində onun Cənubi Qafqazdakı mövqelərinin zəiflədiyini və bu durumdan narahatlığını göstərir. Buna səbəbkar isə elə Rusiyanın öz siyasətidir. Əgər Moskva vaxtında mövcud imkanlardan istifadə edib prosesi məntiqi sonluğa çatdırsaydı və beynəlxalq hüquqa hörmət etsəydi, bu gün fərqli mənzərə yaranardı”.

O.Qasımov əlavə edib ki, Zəngəzur dəhlizi məsələsi də Rusiyanın siyasətinin nəticəsidir:

“2021-ci il yanvarın 11-də üçtərəfli görüşdə kommunikasiyaların açılması barədə komissiyalar yaradıldı və onlara konkret vaxt verildi. Lakin proses yenə süni şəkildə uzadıldı və nəticədə Rusiya dəhlizə nəzarət imkanından kənarlaşdırıldı.

Zaxarovanın “ikitərəfli format yalnız maraqları deyil, regiondakı geosiyasi balansı da nəzərə almalıdır” fikri, əslində, Moskvanın Vaşinqtonun prosesdə iştirakına qarşı olduğunu göstərir. Lakin real vəziyyət ABŞ və bölgədə sülh, əməkdaşlıq istəyən digər güclərin daha praqmatik mövqe tutduğunu və münaqişənin həllinə razılıq verərək nüfuzlarını artırdıqlarını ortaya qoyur”.

Ləman İmran
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:253
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 11 Avqust 2025 08:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see203

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see193

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see155

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see153

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see153

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see148

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see137

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri