Rusiyanın zərbələri nəticəsində Dneprdə 1 ölü, 5 yaralı, Nikopolda 13 yaralı var
Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Rusiya hərbçilərinin cümə axşamı Dnepropetrovsk vilayətini raket zərbələri ilə atəşə tutması nəticəsində Dnepr şəhərində 5, Nikopol şəhərində isə 13 nəfər yaralanıb.
Redaktor.az xəbər verir ki, bu barədə “Report” Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Lısakın açıqlamasına istinadən məlumat verib.
“Dneprdə raket zərbəsi nəticəsində yaralanan 5 nəfərin olduğu məlumdur. Onların hamısı xəstəxanaya yerləşdirilib. 55 yaşlı qadının vəziyyəti ağırdır. Qalanların vəziyyəti orta ağırdır. Bir nəfər ölüb. Xilasedicilər infrastruktur obyektində baş verən yanğını söndürməkdə davam edir”, - Lısak sosial şəbəkədə yazıb.
O qeyd edib ki, Nikopolda 13 yaralıdan 5-i xəstəxanaya yerləşdirilib, onlardan 4-nün vəziyyəti ağırdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 10 Aprel 2025 20:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















