Icma.az
close
up
RU
RusiyaUkrayna müharibəsi Moderatorluq Amerikadan Almaniyaya keçib

RusiyaUkrayna müharibəsi Moderatorluq Amerikadan Almaniyaya keçib

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Rusiya-Ukrayna müharibəsi get- gedə kəskinləşir, arealı böyüyür.Müharibənin necə sona çatacağı  və sülhün nə zaman bərpa olacağı qeyri-müəyyəndir".

Bu fikirləri Moderator.az-a açıqlamasında siyasi şərhçi Polad Mehdiyev deyib.

Siyasi şərhçi qeyd edib ki, ABŞ-də Bayden administrasiyasının hakimiyyəti dönəmində, Ukraynanın dəstəklənməsi, xüsusilə uzunmənzilli raketlərin Ukraynaya verilməsi, müharibənin xarakterini dəyişib:

 “Bu addım, Rusiya ilə münasibətləri daha da gərginləşdirib, müharibənin yalnız Ukrayna sərhədlərində deyil, daha geniş bir geosiyasi müstəvidə baş verdiyini göstərdi. Tramp seçki kampaniyası ərəfəsində  münaqişənin qısa zamanda həll ediləcəyini vəd etmişdi. Lakin bu yanaşma, yalnız Trampın şəxsi iradəsindən asılı deyil. ABŞ-də Ukraynaya ciddi dəstək verən senatorlar mövcuddur ki, onların fikirlərini nəzərə alaraq, ABŞ-ın Ukraynanı dəstəkləməsi çox güman ki, davam edəcək. Bütün bu amillər, müharibənin uzanmasına və daha da mürəkkəbləşməsinə səbəb olur”. 

P.Mehdiyevin sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi dünyadakı sistemi dəyişdi:

“Avropa ölkələri, əvvəllər Rusiya qazından asılı idilər. Lakin müharibənin fonunda  bu dəyişdi. Avropanın böyük dövlətləri, qaz təchizatını alternativ mənbələrdən təmin etməyə başladılar və bu, Rusiya ilə əlaqələrdə yeni bir mərhələyə keçməsinə səbəb oldu. Bu müharibə fonunda, Avropa ölkələri öz mövqelərini yenidən nəzərdən keçirirlər və Rusiya qazı olmadan da yaşamağın yollarını axtardılar. Görünən odur ki, Avropanın Ukraynaya dəstəyi davam edəcək və bununla da müharibənin uzanması qaçılmaz olacaq. Vacib nüans ondan ibarətdir ki, moderatorluq artıq  Amerikadan Almaniyaya keçir. Bu o deməkdir ki, koordinasiyanı artıq Avropa özü həyata keçirəcək.  Avropa tərəfindən yetərli dəstəyin verilməsi Ukraynaya bu müharibədə Ukraynanın duruş gətirməsinə səbəb olacaq.

Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq Ukraynanın ərazi bütövlüyünü tanıyır. Bu, Azərbaycanın xarici siyasətinin əsas prinsiplərindən biridir. Eyni zamanda, Azərbaycan Rusiyanın strateji müttəfiqi olsa da, Ukraynanın ərazi bütövlüyünü dəstəkləməkdədir”.

Siyasi şərhçi xatırladıb ki, Rusiya müharibə nəticəsində zəbt etdiyi torpaqları öz ərazisinə qatmaq üçün referendumlar keçirdi:

“Bu, beynəlxalq hüquq baxımından qeyri-qanuni olsa da, Rusiyanın məqsədi bu əraziləri özünün bir hissəsi kimi qəbul etdirməkdir. Lakin Ukrayna və beynəlxalq ictimaiyyət bu qərarı tanımır. Rusiyanın Ukrayna torpaqlarını geri qaytarması üçün müharibədə məğlub olmalı və referendum keçirilməlidir.

Bəs Rusiyanın məğlub olması gözlənilirmi? Gözlənilir. Müharibənin dərinləşməsi ilə Ukrayna kimi  Rusiya da  iqtisadi və hərbi baxımdan ciddi itkilərə uğrayır, bu da onun müharibəni davam etdirmək üçün mövqeyini zəiflədir. Bələ olan halda Rusiya zəbt etdiyi torpaqları geri qaytara bilər”.

Mehin Mehmanqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://moderator.az
archiveBu xəbər 27 Noyabr 2024 19:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri