Icma.az
close
up
RU
RusiyaUkrayna müharibəsində böyük eskalasiya ola bilər Ekspert

RusiyaUkrayna müharibəsində böyük eskalasiya ola bilər Ekspert

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın Ukrayna münaqişəsinə yanaşması geniş müzakirələrə səbəb olur. Belə ki, o, Ukrayna Prezidenti Volodimir Zelenskiyə müharibəni dayandırmaq barədə müraciət edib. Baxmayaraq ki, münaqişəni başladan tərəf Rusiyadır. 

Mövzu ilə bağlı Redaktor.az-a danışan keçmiş deputat, siyasi ekspert Elşad Mirbəşiroğlu bildirdi ki, Trampın mövqeyində müəyyən ziddiyyətlər mövcuddur:

"Trampın yanaşmasında tam müəyyənlik mövcud deyil, çünki Tramp digər tərəfdən də Ukraynaya hərtərəfli dəstəyin davam etdirilməsinin vacibliyini bildirir. Avropa İttifaqına üzv olan ölkələrdən də tələb edir ki, əvvəlki həcmdə Ukraynaya dəstəklərini davam etdirsin. Bu, bir reallıqdır. Yəni belə olan halda Trampın müharibənin dayandırılması istəyinin nə dərəcədə səmimi olduğu haqqında hələ düşünmək lazımdır. Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, bundan sonrakı mərhələdə, yəni Ukraynaya uzaqmənzilli raketlərdən istifadəsi sonrakı mərhələdə münaqişəyə necə eskalasiya edəcək. Yəni burada da nikbin düşünmək üçün çox əsaslar mövcud deyil. Tramp seçki öncəsi də deyirdi ki, o, münaqişəni dayandıra biləcək. Bunun üçün onun potensialı mövcuddur. İndi görünür ki, Tramp seçki öncəsi verdiyi vədlərinə uyğun hansısa addım atmaq istəyir".

Politoloqun sözlərinə görə, Trampın təşəbbüsləri həm Ukrayna-Rusiya münaqişəsinə, həm də ümumilikdə qlobal təhlükəsizliyə təsir edə bilər. Lakin hazırkı vəziyyətdə sülhə nail olmaq üçün daha konkret addımların atılması zəruridir.

"Hesab edirəm ki, bütün hallarda danışıqlar baş tutmalıdır. Amma mövqelərin uzlaşdırılaraq, danışıqlar masası arxasında tərəfləri necə oturtmaq lazımdır, hələ bu sualın cavabı mövcud deyil. Bundan sonrakı mərhələdə də münaqişə elə bu templə davam edəcək. Amma düşünürəm ki, üzü yaza doğru daha da böyük eskalasiya ola bilər. Çünki artıq bildiyimiz kimi, Ukrayna tərəfi Rusiyanın dərinliklərini də vurur və Rusiya da eyni zamanda cavab reaksiyası nümayiş etdirir. Hər şeydən öncə eskalasiyanı şərtləndirəcək amillərin qarşısı alınmalıdır. Bu olmasa düşünürəm ki, tərəflər arasında ziddiyyətlər daha da dərinləşəcək və münaqişənin tənzimlənməsi imkanları daha da azalacaq. Amma indi Trampın hakimiyyəti dövründə bütövlükdə təkcə Ukrayna cəbhəsində deyil, dünya səviyyəsində münaqişə potensialı necə formalaşacaq, bunu da zaman göstərəcək. Amma Tramp dünyada sülh yaratmağa çalışır. Bu da bütövlükdə dünyadakı münaqişə potensialına, həmçinin də Ukrayna Rusiya arasındakı vəziyyətə təsir göstərə bilər", - deyə E.Mirbəşiroğlu qeyd etdi.

Türkan İSGƏNDƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 23 Dekabr 2024 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see208

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see193

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see189

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see189

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see184

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see150

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see137

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see134

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see132

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see131

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri