Icma.az
close
up
RU
RusiyaUkrayna müharibəsində sülh əldə olunmasa, fəlakətlər olacaq

RusiyaUkrayna müharibəsində sülh əldə olunmasa, fəlakətlər olacaq

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

"Artıq Ukrayna Rusiya müharibəsi 1002 gündür ki, davam edir və son günlər daha da kəskinləşib. Buna da səbəb ABŞ Prezidenti Cozef Baydenin onların ATACMS raketlərindən Rusiyanın dərinliklərinə vurmağa icazə verməsidir".

Bu sözləri Redaktor.az-a politoloq Elşad Həsənov Rusiya-Ukrayna müharibəsini şərh edərkən dedi. Onun sözlərinə görə, Rusiyanın nüvə silahından istifadə etməsi, dünya üçün təhdiddir.

"Bu çox gərginlik yaratdı. Rusiya təcili olaraq özlərinin nüvə strategiyasına baxdı və Prezident Vladimir Putin yenilənmiş nüvə doktrinasını təsdiq etdi. Orada göstərilir ki, Rusiya ərazisinə və onun müttəfiqi Belarus ərazisinə, milli təhlükəsizliyə təhdid olarsa, onlar nüvə silahından istifadə edəcəklər. Bu çox böyük gərginlik, təhdiddir. Nüvə silahıyla artıq Putin dünyanı təhdid edir. Rusiya-Ukrayna müharibəsini bir gündə dayandıracağam deyən Trampın hakimiyyətə gəlməsinə iki aydan az vaxt qalıb. Bildirilir ki, Cozef Bayden bu əmri verməmişdən əvvəl Trampla görüşən zaman məsələni onunla da müzakirə edib. Bu doğrudursa, deməli, vəziyyət daha da gərgindir. Çünki elə hesab olunurdu ki, Tramp hakimiyyətə gələndən sonra Rusiya və Ukraynanı danışıqlara məcbur edəcək və qarşılıqlı güzəşt şəraitində bu müharibə bitəcək".

Politoloq qeyd etdi ki, müharibənin yaxın gələcəkdə sonlanması, mümkünsüz görünür.

"Görünən odur ki, müharibə davam edəcək. Çünki Rusiya işğal etdiyi zonalardan çıxmaq istəmir və onun əsas şərti odur ki, Ukrayna NATO-ya üzvü olmasın. Ukrayna, Krım, Donbas və ümumiyyətlə Rusiyanın işğal etdiyi torpaqlara o nəzarət etsin və Ukraynada rus dili yenidən bərpa olunsun. Yəni bunları da təbii ki, Ukrayna tərəfi qəbul etmir. Ona görə də Zelenski çıxışında bildirdi ki, biz bu şərtlərə gedəsi deyilik və gələcəkdə Amerika bizə yardımlar etməsə də, biz öz azadlıq müharibəmizi, torpaqlarımızı azad etmək uğrunda mübarizəni davam etdirəcəyik. Ukrayna Amerikanın ATACMS silahlarından artıq istifadə elədi. Cozef Baydenin ardınca, Fransa və Böyük Britaniya da öz raketləri ilə Rusiyanın dərinliklərinə vurmağa icazə verdilər. Rusiya iqtisadi cəhətdən çökür və əgər belə da çox davam edərsə, orda vəziyyət çətin olacaq. Bu da təbii ki, Rusiyanın daxilində satların olmasına səbəb olacaq".

Türkan İSGƏNDƏRLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 21 Noyabr 2024 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see203

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see155

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see153

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see139

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri