Rusiyaya daxil olan miqrantlar karantinə göndəriləcəklər?
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiyaya daxil olan miqrantların karantinə göndərilməsi müzakirə edilir.
Oxu.Az-ın Gazeta.ru-ya istinadən xəbərinə görə, rusiyalı deputat Sergey Mironov belə bir fikir irəli sürüb.
Deputat hesab edir ki, bu tədbir meningit hallarının artmasının qarşısını almaq üçün lazımdır. O, əmindir ki, peyvənd olunmayan miqrantlar səbəbindən Rusiyada bu xəstəliklə bağlı qoyulan diaqnozlar artır.
"Onları ölkəyə daxil olduqdan sonra tutmağa çalışmaq faydasızdır", - deyə Sergey Mironov bildirib.
O, həmçinin hesab edir ki, əcnəbilərə yalnız təhlükəli xəstəlikləri olmadığı barədə arayış təqdim edildikdən sonra iş vizası verilməlidir.
Qeyd edilib ki, 2025-ci ilin ilk beş ayında təxminən 1 266 yoluxma halı qeydə alınıb. Bu statistik göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 260% çoxdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 18 İyul 2025 14:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















