Icma.az
close
up
RU
RUSİYAYA GEDƏN AZƏRBAYCANLILAR: yanvarın 1dən qaydalar dəyişir Nə etməli?

RUSİYAYA GEDƏN AZƏRBAYCANLILAR: yanvarın 1dən qaydalar dəyişir Nə etməli?

Mia.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiya Federasiyasının müvafiq qanunvericiliyinə edilən bir sıra dəyişikliklərə əsasən, 1 yanvar 2025-ci il tarixdən miqrasiya sahəsində yeni qaydalar qüvvəyə minəcək.

Mia.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidməti məlumat yayıb.

Bildirilib ki, həmin tarixdən etibarən Azərbaycan vətəndaşlarının Rusiya ərazisində müvəqqəti olma müddəti bir təqvim ili ərzində cəmi 90 gün olacaq. Qeyd edilən müddət Rusiya qanunvericiliyində nəzərdə tutulmuş əsaslar mövcud olduqda (əmək fəaliyyəti üçün patent aldıqda, müvəqqəti yaşamaq üçün müraciəti qəbul olunduqda və s.) uzadıla bilər:

"Azərbaycan vətəndaşı Rusiya dövlət sərhədini keçdiyi tarixdən 7 iş günü ərzində olduğu yer üzrə qeydiyyata alınmalıdır. Olduğu yer üzrə qeydiyyatla (miqrasiya uçotu) bağlı müraciət Azərbaycan vətəndaşını qəbul edən tərəf (şəxsə faktiki yaşayış yeri vermiş Rusiya Federasiyası vətəndaşı, adıçəkilən ölkədə daimi yaşayan əcnəbi, hüquqi şəxs, hüquqi şəxsin filialı və ya nümayəndəliyi və s.) və ya Azərbaycan Respublikası vətəndaşının özü tərəfindən edilə bilər.

Olduğu yer üzrə qeydiyyatla (miqrasiya uçotu) bağlı müraciət qəbul edən tərəfindən ediləcəyi təqdirdə Azərbaycan vətəndaşı ona müvafiq sənədləri (miqrasiya kartını və şəxsiyyətini təsdiq edən sənədi) təqdim etməlidir. Qəbul edən tərəf olduğu yer üzrə qeydiyyat ilə bağlı öhdəlikləri yerinə yetirdikdən sonra Azərbaycan vətəndaşına miqrasiya uçotunun təsdiqinə dair bildirişin əcnəbidə qalan hissəsini verir.

Azərbaycan Respublikası vətəndaşı özü də müstəqil şəkildə olduğu yer üzrə qeydiyyatla (miqrasiya uçotu) bağlı Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin miqrasiya məsələləri ilə bağlı bölmələrinə müraciət etmək hüququna malikdir. Həmçinin, belə müraciət dövlət və bələdiyyə xidmətlərinin göstərilməsi üzrə çoxfunksiyalı mərkəz vasitəsi ilə də edilə bilər.

Azərbaycan Respublikası vətəndaşı aşağıda göstərilən hallarda isə olduğu yer üzrə qeydiyyatla (miqrasiya uçotu) bağlı vahid portal üzərindən (vahid dövlət və bələdiyyə xidmətləri portalı) elektron qaydada müraciət edə bilər:

Azərbaycan Respublikası vətəndaşının faktiki yaşadığı yaşayış sahəsinə mülkiyyət hüququ olduqda; Azərbaycan Respublikası vətəndaşı qəbul edən tərəf ilə yaşayış sahəsi üzrə icarə müqaviləsi bağladıqda; qəbul edən tərəfin Azərbaycan Respublikası vətəndaşının ölkəyə gəlişinə dair bildirişi təqdim etməsinə mane olan hallar (rəsmi sənədlə təsdiq edilmiş üzrlü səbəb göstərilməlidir) mövcud olduqda.

Azərbaycan vətəndaşları əmək fəaliyyəti ilə məşğul olmaq məqsədilə Rusiyaya səfər edərkən əmək patentinin rəsmiləşdirilməsi üçün ərizə ilə müraciət zamanı (ölkəyə giriş tarixdən 30 təqvim günü ərzində) fotoşəkil çəkdirməli, icbari dövlət daktiloskopik qeydiyyatından və tibbi müayinədən keçməlidirlər.

Digər məqsədlərlə Rusiya Federasiyasına səfər edən və uzun müddət (90 gündən çox) ölkə ərazisində qalmağı planlaşdıran Azərbaycan Respublikası vətəndaşları da ölkəyə giriş tarixindən etibarən 90 təqvim günü ərzində qeyd olunan prosedurlardan (fotoşəkilin çəkilməsi, icbari dövlət daktiloskopik qeydiyyatı və tibbi müayinə) keçməlidirlər. Bu prosedurlardan keçmə yaşama icazəsi üçün sənəd təqdim edilməsi zamanı zəruridir.

Azərbaycan vətəndaşları daktiloskopik qeydiyyat və fotoşəkil çəkilməsi üçün Rusiya DİN-in miqrasiya məsələləri üzrə regional orqanlarına və ya onun tabeliyində olan müəssisələrinə, həmçinin Moskva şəhəri ərazisində yerləşən səlahiyyətli təşkilata müraciət etməli və müvafiq sənəd əldə etməlidirlər.

Əmək fəaliyyətinin həyata keçirilməsi ilə bağlı hallar istisna olmaqla, qalan digər məqsədlərlə Rusiya Federasiyasına səfər edən Azərbaycan vətəndaşları Rusiya ərazisini tərk etmədən əmək fəaliyyəti ilə məşğul olmaq üçün miqrasiya kartında göstərdikləri ölkəyə gəliş məqsədlərini dəyişdirmək hüququna malikdirlər.

Təhsil məqsədi ilə Rusiya Federasiyasına səfər edən Azərbaycan Respublikası vətəndaşının ölkədə müvəqqəti olma müddəti müvafiq ərizə və Rusiya Federasiyası ərazisində təhsil aldığını təsdiq edən sənədlər əsasında uzadılır.

Rusiya Federasiyasında olma və yaşama qaydalarına riayət etməyən Azərbaycan Respublikası vətəndaşları barədə məsuliyyət tədbirləri (cərimə, olma müddətinin qısaldılması) və kənara çıxarılma tədbirləri tətbiq edilə bilər.

Əlavə olaraq nəzərə alınmalıdır ki, Rusiya Federasiyasının mövcud qanunvericiliyinin tələblərinə əsasən Rusiya Federasiyasına daxil olan zaman əcnəbilərdən, o cümlədən Azərbaycan Respublikası vətəndaşlarından miqrasiya kartının doldurulması tələb olunur. Miqrasiya kartını Rusiya Federasiyasının dövlət sərhədinin buraxılış məntəqələrində, beynəlxalq hava limanlarında, habelə Rusiyaya uçan təyyarələrin göyərtəsində pulsuz əldə etmək mümkündür. Miqrasiya kartı rus dilində və ya pasportda (şəxsiyyəti təsdiq edən digər sənəddə) qeyd edilən məlumatlara uyğun olaraq latın əlifbasının hərfləri ilə doldurulmalıdır".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://mia.az
archiveBu xəbər 23 Dekabr 2024 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see260

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see242

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see233

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see230

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see217

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see216

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see207

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see188

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see180

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see180

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see171

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see168

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see157

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see155

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see153

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see151

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri