Rusiyaya gedən azərbaycanlıların nəzərinə! KONKRET
Icma.az bildirir, Konkret.az portalına istinadən.
2026-cı ildən etibarən yetkinlik yaşına çatmayan şəxslərin Rusiya ərazisinə giriş və çıxış qaydaları dəyişir.
KONKRET.az modern.az-a istinadən xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyinin açıqlamasına görə, bundan sonra uşaqlar Rusiya Federasiyasına yalnız xarici pasportla daxil ola və ölkədən çıxa biləcəklər.
Nazirlik bildirir ki, yeni qaydalar 20 yanvar 2026-cı il tarixindən qüvvəyə minəcək. Bu tarixdən sonra uşaqların doğum şəhadətnaməsi və ya valideynin pasportunda qeyd əsasında sərhədi keçməsi mümkün olmayacaq.
Yeni tələblər Rusiyaya səfər edən Azərbaycan vətəndaşlarına da şamil olunur. Xüsusilə ailəvi səfərlər, təhsil, müalicə və ya qohum ziyarəti məqsədilə Rusiyaya gedənlər üçün bu dəyişiklik vacibdir. Valideynlər və qanuni nümayəndələr səfərdən əvvəl uşaqlar üçün ayrıca xarici pasportun olmasına diqqət etməlidirlər.
Qaydaların qüvvəyə minməsinə az vaxt qaldığını nəzərə alaraq, valideynlər sənədlərin hazırlanmasını son vaxta saxlamamalıdır. Əks halda, sərhəddə problemlər yarana və səfər baş tutmaya bilər.
Qeyd edək ki, bu dəyişiklik Rusiya tərəfindən sərhəd nəzarətinin gücləndirilməsi və miqrasiya qaydalarının vahid sistemə salınması məqsədi daşıyır. Səfər planlaşdıran vətəndaşlara rəsmi qurumların açıqlamalarını izləmək və sənədləri əvvəlcədən dəqiqləşdirmək tövsiyə olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 26 Dekabr 2025 23:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















