Rusiyaya gedən bu azərbaycanlılar imtahandan azad edildi
News24 saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Yüksək ixtisasa malik əcnəbi mütəxəssislər rus dili, Rusiya tarixi və qanunvericiliyin əsasları fənlərindən imtahan verməkdən azaddırlar.
News24.az xəbər verir ki, bu barədə “RİA Novosti” Rusiya Daxili İşlər Nazirliyinin materiallarına əsasən yazıb.
Məlumata görə, belə işçilərin bir sıra üstünlükləri var: onlar ailə üzvlərini özləri ilə Rusiyaya gətirə, həm özləri, həm də yaxın qohumları üçün sadələşdirilmiş qaydada yaşayış icazəsi ala bilərlər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları aydınlaşdırıblar ki, belə mütəxəssislərə iş vizası iş icazəsi müddətinə verilir, lakin üç ildən çox olmayaraq. Öz növbəsində, işəgötürənin belə xarici işçiləri cəlb etmək və istifadə etmək üçün icazə almasına ehtiyac yoxdur./Publika.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 25 Mart 2025 11:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















