Icma.az
close
up
RU
Rusiyaya gedənlərin sayı kəskin DƏYİŞDİ

Rusiyaya gedənlərin sayı kəskin DƏYİŞDİ

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2025-ci ildə Rusiyaya gedən xarici ziyarətçilərin sayında nəzərəçarpacaq azalma qeydə alınıb. 

"Cebheinfo.az" xəbər verir ki, Federal Təhlükəsizlik Xidmətinə (FSB) bağlı sərhəd xidməti bu barədə bildirib.  Məlumata görə, ilin yanvar–sentyabr aylarında ölkəyə daxil olan xaricilərin ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 1 milyon nəfər azalaraq 12,2 milyon nəfərə düşüb. “Kommersant” qəzeti xüsusilə ilin üçüncü rübündə diqqətəlayiq bir azalma yaşandığını bildirir: 

bu dövrdə ziyarətçi sayı əvvəlki ilə nisbətən 600 min nəfər azalaraq 4,4 milyon olub. Digər tərəfdən, ilk üç rübdə Türkiyədən gedənlərin sayı 91 minə çatıb. Ötən ilin eyni dövründə bu rəqəm 86 min idi. Türkiyə ümumi ziyarətçi sıralamasında 10-cu, keçmiş SSRİ ölkələri xaricində isə 1-ci yerdə qərarlaşıb. Ziyarətçi profilinə baxıldıqda, siyahıya Qazaxıstan başçılıq edir. Bu Orta Asiya ölkəsini Özbəkistan, Çin, Tacikistan və Qırğızıstan izləyir. 

Ziyarətçilərin ölkələrinə görə səfər məqsədləri də fərqlənir: 

Qazaxıstan vətəndaşları əsasən “şəxsi ziyarət” məqsədilə, Özbəkistan vətəndaşlarının böyük hissəsi iş üçün, çinli ziyarətçilər isə turizm, işgüzar səfər və təhsil məqsədilə ölkəyə daxil olurlar. 

Mütəxəssislər bu azalmada Rusiyanın son dövrlərdə tətbiq etdiyi sərt miqrasiya siyasətlərinin rol oynadığını düşünür. Fevral ayında qüvvəyə minən və qanun pozan xaricilərin qeyd edildiyi “nəzarət altındakı şəxslər siyahısı” və sentyabrdan etibarən paytaxt və ətraf bölgələrdə miqrantların mobil tətbiqlə izlənməsi, xaricilər üzərində çəkindirici təsir göstərən tədbirlər olub. 

Bundan əlavə, vizasız ölkə vətəndaşları üçün tətbiq edilən və illik 90 günü aşmayan qalma müddəti məhdudiyyəti də səfər dinamikasına təsir edib. 

Digər bir mühüm amil isə beynəlxalq əmək bazarındakı rəqabətdir. Müşahidəçilər bildirirlər ki, ənənəvi olaraq Rusiyaya işləməyə gedən Mərkəzi Asiyadan olan işçilər artıq Avropa ölkələri, İngiltərə, Çin və Cənubi Koreya kimi alternativ əmək bazarlarına yönəlməyə başlayıblar. 

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 Noyabr 2025 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see214

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see173

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see170

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see158

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see152

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see147

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see139

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see138

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see135

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see132

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see128

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri