Icma.az
close
up
RU

Rusiyaya gedənlərlə bağlı qərar: bu məlumatlar toplanacaq

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

Rusiya hökuməti dekabrın 1-dən ölkənin sərhədini keçə bilmək üçün biometrik məlumatları təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barədə aparılacaq eksperimenti təsdiqləyib.

Gununsesi.info xəbər verir ki, müvafiq qərarı Rusiyanın Baş naziri Mixail Mişustin imzalayıb.

Sənəddə eksperimentin iki mərhələdə baş tutacağı bildirilib. Birinci mərhələdə 2024-cü il dekabrın 1-dən 2026-cı il iyunun 30-dək Moskva (Domodedovo, Şeremetyevo, Vnukovo) və Moskva vilayətinin (Jukovski) beynəlxalq hava limanları və Orenburq vilayətindəki avtomobil buraxılış məntəqəsi (Maştakovo) vasitəsilə Rusiya Federasiyasına daxil olan əcnəbilər buraxılış məntəqələrində biometrik məlumatlarını verəcəklər.

Rusiyaya vizasız giriş üçün 30 iyun 2025-ci il tarixindən 30 iyun 2026-cı il tarixinədək keçiriləcək ikinci mərhələdə əcnəbilər əvvəlcədən biometrik və səfərin məqsədi haqqında məlumatlarını xüsusi tətbiqlə təqdim edə biləcəklər.

Dəyişikliklər Belarus vətəndaşlarına, altı yaşına çatmamış uşaqlara, xarici dövlətlərin Rusiyadakı diplomatik nümayəndəliklərinin və konsulluq idarələrinin diplomatlarına və əməkdaşlarına, habelə onların ailə üzvlərinə, beynəlxalq təşkilatların və onların ölkədə akkreditə olunmuş nümayəndəliklərinə, onların ailə üzvlərinə şamil edilməyəcək.

Sənəddə həmçinin bildirilib ki, Rusiya Federasiyası Xarici İşlər Nazirliyi eksperimentlə bağlı xarici dövlətlərin diplomatik qurumlarını və konsulluqlarını xəbərdar etməyə borcludur. (Report)

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:79
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 14 Noyabr 2024 09:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see300

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see242

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see234

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see211

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see192

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see182

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see173

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see173

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see172

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see164

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see163

“Azərkosmos” peyk istehsalına hazırlaşır kosmik sənayenin inkişafında yeni mərhələ

21 Oktyabr 2025 19:12see156

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see154

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see154

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see133

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see129

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see127

Daha 8 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

21 Oktyabr 2025 17:38see126

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see124

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri