“Rusiyaya gedirəm” dedi, meyiti “Qanlı dərə”də TAPILDI VİDEO
Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.
Xəbər verdiyimiz kimi, Salyanda dörd ay əvvəl itkin düşmüş kişinin meyiti tapılıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə,rayonun Qarabağlı kənd sakini, 1976-cı il təvəllüdlü Rəhim Mustafayevin meyiti yaxınları tərəfindən aşkarlanıb.
Belə ki, onun yaxınları yaşadıqları kənddən kifayət qədər uzaqda yerləşən “Qanlı dərə” adlanan ərazidə müəyyən ehtimallar əsasında axtarış aparıblar.
Axtarışlar zamanı, ərazinin müxtəlif hissələrindən insan sümüklərinin və bəzi geyim qalıqları aşkar edilib. Tapılan geyim qalıqlarına əsasən, meyitin məhz axtarışda olan Rəhim Mustafayevə aid olduğu ehtimal edilir.
Hazırda tapıntılar əsasında DNT analizi aparılır.
Yaxınlarının verdiyi məlumata görə, itkin düşməzdən əvvəl Rəhim Mustafayev sonuncu dəfə ailə üzvləri ilə telefon əlaqəsi saxlayaraq təcili Rusiyaya getdiyini bildirib. O, bir neçə aydan sonra işlərini qaydasına salan kimi ailəsini də yanına aparacağını deyib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Sabutay, Bizim.Media, Cənub bürosu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 13 May 2026 16:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















