Rusiyaya göndərilən afrikalıları eks prezidentin qızı aldadıb
Reyting.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Cənubi Afrika Respublikasının keçmiş prezidenti Ceykob Zumanın qızı Duduzíla Zuma-Sambudla dələduzluğa əl atıb. O, ölkə vətəndaşlarına yalan vədlər verib və Cənubi Afrikadan, Botsvanadan olan çox sayda gənci Rusiyanın Ukraynaya qarşı müharibəsində döyüşmək üçün Rusiyaya yollamaqla, hərbi xidmətə cəlb edib.
Reyting.az "Bloomberg" nəşrinə istinadla bildirir ki, eks-prezidentin övladı təxminən 20 gənci çox yüksək potensiala malik şəxs kimi seçib və sonra onlar "mühafizəçi hazırlığı kursları keçmək" adı ilə Rusiyaya göndərilib. Həmin şəxslərin ailələri bildirib ki, əslində, afrikalı gənclər rus dilində hazırlanmış hərbi müqavilələrin təlim sənədləri olduğunu düşündüklərinə görə, tərəddüdsüz imzalayıblar və sonradan Ukraynada yerləşən ön xəttə yollanıblar. Bu ilin avqustundan isə onlar ilə əlaqə tamamilə kəsilib.
"Bloomberg"in araşdırmaçı jurnalistləri gənclərin Rusiyaya uçuşu və kamuflyajda çəkilmiş fotolarını əldə ediblər. Yalanların qurbanına çevrilən bu kişilərin ailələri tərəfindən təqdim edilmiş yazışmalarda Zuma öncə vəd verib. Keçmiş prezidentin qızı bildirib ki, onlar "mühafizəçi hazırlığı kursları keçmək" üçün Rusiyaya gedirlər və bu gənclər cəbhəyə göndərilməyəcək, yalnız "patrul xidməti, yeməkbişirmə və silah təmizləmə" ilə məşğul olacaqlar.
Cənubi Afrika Respublikasının və Rusiya Federasiyasının rəsmiləri, eyni zamanda, eks-prezidentin qızı Zuma bu məsələ ilə bağlı jurnalistlərin sorğularına cavab verməkdən imtina ediblər.
Oqtay QORÇU
Bu mövzuda digər xəbərlər:Keçmiş prezidentin qızı afrikalıları Ukraynaya qarşı müharibəyə cəlb edib
21 Noyabr 2025 09:46
Əsəd Rusiyaya belə qaçıbmış... Hamını aldadıb
13 Dekabr 2024 20:07
Prezidentin Rusiyaya səfəri gözlənilir KONKRET
21 Dekabr 2025 10:58
Rusiyaya göndərilən dronların 10 faizi hədəfə çatırsa... Borovik
10 Noyabr 2025 08:01
Ukraynanı tutmaq üçün Rusiyaya əsrlər lazımdır Eks
02 May 2025 16:58
Baxış sayı:112
Bu xəbər 20 Noyabr 2025 14:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















