Icma.az
close
up
RU
Rusiyaya gözlənilməz təhdid: Məktəblər bağlandı, çağırış edildi Tarixi düşmən qayıdır

Rusiyaya gözlənilməz təhdid: Məktəblər bağlandı, çağırış edildi Tarixi düşmən qayıdır

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Son günlər Malidə baş verənlər ciddi narahatlıqla izlənilir. “The Wall Street Journal”ın məlumatına görə, ölkədə “Əl-Qaidə” terror təşkilatı ilə əlaqəli silahlı qruplar paytaxt Bamako üzərində nəzarəti tam ələ keçirməyə yaxındırlar.

Hazırda Bamakoda yanacaq və ərzaq tədarükünün bloklandığı, qiymətlərin sürətlə artdığı, məktəblər və universitetlərin isə bağlandığı bildirilir. Artıq ABŞ öz vətəndaşlarını bu ölkəni tərk etməyə çağırıb və səfirlik qismən təxliyə edilib.

Mövcud vəziyyətdə “Əl-Qaidə”nin yüksəlməsində hansı xarici aktorların rolu var? “Taliban”dan sonra ikinci böyük terror təşkilatı hakimiyyətə gələ bilərmi? Bu hal İŞİD-in də fəaliyyətinin aktivləşməsinə səbəb olacaq?

Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, “Əl-Qaidə”nin Malidə təsiri olduqca güclüdür:

“Uzun müddətdir bu ölkədə fəaliyyət göstərən “Camaat Nusrət əl-İslam vəl-Müslimin” (JNIM) təşkilatı “Əl-Qaidə”nin ideologiyasını bölüşür və ona biət edir. Mali 1960-cı ildə Fransadan müstəqilliyini qazanmasına baxmayaraq, Paris uzun müddət bölgədə təsirini qoruyub saxlamaq istəyib. 2013-cü ildə keçmiş baş nazir İbrahim Boubacar Keita Fransanın dəstəyi ilə prezident seçildi. Lakin 2017-ci ildən sonra rəsmi Parisin siyasətindəki dəyişikliklər Keitanın ölkədə mövqeyinin zəifləməsinə səbəb oldu. Nəticədə 2020-ci ildə Mali ordusunun polkovnik Assimi Goita rəhbərliyində hərbi çevriliş baş verdi. Bu prosesdə Rusiyanın dəstəyi ilə “Vaqner” qruplaşmasının da rol oynadığı deyilir.


Zeynal Əmrəliyev

Hazırkı vəziyyətdə JNIM əsasən Sahel bölgəsində fəal olmaqla Malinin enerji və logistika infrastrukturunu nəzarətdə saxlayır, ölkədə qiymət artımlarına və resurs çatışmazlığına səbəb olur. Rusiya mediası iddia edir ki, bu qrup ABŞ tərəfindən dəstəklənir və məqsəd Moskvanın Malidə apardığı mədən fəaliyyətinə mane olmaqdır. JNIM paytaxt Bamako istiqamətində hücumlar təşkil etməklə həm Rusiya dəstəkli hərbi xuntanı zəiflətməyi, həm də öz hakimiyyətini bərqərar etməyi hədəfləyir.

JNIM-in hakimiyyətə gələcəyi təqdirdə, iki senarinin reallaşması mümkündür: ya “Əl-Qaidə”yə bağlılığından imtina edərək Suriyada idarəçiliyi ələ keçirmiş “Heyəti Təhriri əş-Şam” nümunəsi üzrə dünya siyasətində rol oynamağa çalışacaq, ya da “Taliban” modeli üzrə şəriət qanunlarına əsaslanan bir rejim quracaq. Bu, regionda yatmış İŞİD hüceyrələrini aktivləşdirə və Afrikada geosiyasi balansı dəyişdirə bilər. Ukraynada müharibəni davam etdirən Rusiya üçün də Malidəki vəziyyət ciddi iqtisadi və strateji risklər yaradır, buna görə də beynəlxalq diqqət və müdaxilə zərurəti artmaqdadır”.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:80
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 17 Noyabr 2025 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see218

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see206

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see191

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see182

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see169

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see169

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see162

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see159

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see150

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see149

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see149

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see147

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see146

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see141

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see137

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see136

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see135

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri