Rusiyaya ixrac edilən Ermənistan kənd təsərrüfatı məhsulları geri qaytarılıb
Icma.az bildirir, Apa.az portalına istinadən.
Rusiyaya ixrac edilən Ermənistan kənd təsərrüfatı məhsulları geri qaytarılıb.
APA xəbər verir ki, bu barədə “Ermənistan” fraksiyasının deputatı Qarnik Danielyan məlumat yayıb.
Onun sözlərinə görə, gavalı, şaftalı və üzüm daşıyan yüzlərlə erməni yük maşını sərhəd-keçid məntəqəsindən geri qayıtmağa məcbur olub.
Deputatın daşıyıcılara istinadla verdiyi məlumata əsasən, səbəb kimi guya yeni fitosanitar tələblərin tətbiqi göstərilir.
Danielyan qeyd edib ki, yaranmış vəziyyət fermerlərə və kənd təsərrüfatı istehsalçılarına ciddi zərər vurur.
"Hətta tikinti materialları daşıyan maşınlar da çətinliklə üzləşir. Onlarla yük maşını hələ də qeyri-müəyyən şəraitdə qərarın verilməsini gözləyir", - o, qeyd edib.
Deputat vurğulayıb ki, hökumət baş verənlərə adekvat reaksiya vermir və vəziyyət təkcə iqtisadi deyil, həm də siyasi xarakter daşıyır.
Baxış sayı:59
Bu xəbər 24 Avqust 2025 08:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















