Rusiyaya nəhəng hərbi yardım: 15 800 konteyner sursat göndərildi
Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.
Şimali Koreya 18 ay ərzində Rusiyaya 15 800 konteynerdən çox sursat göndərərək, Ukraynaya qarşı müharibədə Kremlin kritik tədarükçüsünə çevrilib.
Turkustan.az xəbər verir ki, bu barədə “Newsweek” məlumat yayıb.
Peyk görüntüləri 2023-cü ilin avqustundan 2025-ci ilin martına qədər Şimali Koreyadan Rusiyaya ən azı 64 dəfə hərbi yük daşındığını göstərir. Qeyd olunur ki, bu təchizatlar vasitəsilə Rusiya ordusu təxminən 4,2-5,8 milyon patron əldə edib. Şimali Koreya sursatlarının daşınmasında Rusiya bayrağı altında üzən 4 yük gəmisi iştirak edib: “Anqara”, “Ledi R”, “Mariya” və “Maya-1”.
“Şimali Koreyadan sursat axını Rusiyaya hücumların tempini saxlamağa imkan verir, bu, Qərbin Ukraynaya hərbi yardımının effektivliyini zəiflədir”, - nəşr yazır.
“Newsweek”in fikrincə, nəzarət edilməzsə, bu silah axını döyüş meydanında vəziyyəti rusların xeyrinə daha da dəyişəcək. /teleqraf.az/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 15 Aprel 2025 16:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















