Icma.az
close
up
RU
Rusiyaya qarşı hücuma keçdi, qonşuları hədəf alındı Yeni gərginlik

Rusiyaya qarşı hücuma keçdi, qonşuları hədəf alındı Yeni gərginlik

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Cənub-Şərqi Norveç Universitetinin professoru Qlenn Dizen Böyük Britaniyanın açıq şəkildə Rusiyaya hücum etdiyini bildirib. Onun sözlərinə görə, Britaniya Ukraynaya açıqmənzilli raketlərlə hücuma keçməyə kömək etməklə Rusiyaya qarşı döyüşlərə qoşulmuş oldu.

Qlenn Moskvanın daha sonra Londona cavab verəcəyini və eskalasiyaya nəzarətin mümkünsüz olacağını deyib.

Rusiyanın məsələyə reaksiyası necə olacaq? Digər ölkələr də Britaniyaya baxıb hücumlara dəstək verə bilərmi?

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Avropada Rusiyanın mövqeyini müdafiə edən və ona simpatiya bəsləyən çoxsaylı ictimai-siyasi xadimlər, iş adamları, universitet və elm dairələrinin nümayəndələri mövcuddur:

Rusiya kəşfiyyatı uzun illərdir Qərbdə bu kimi şəxslərlə əlaqə quraraq onların vasitəsilə təsir imkanlarını genişləndirməyə çalışır. Professor Qlennin açıqlaması bir qədər şişirdilmiş məlumatdır. Böyük Britaniya Rusiyaya qarşı müharibədə Ukraynanın əsas tərəfdaşlarından biridir. Bu, artıq təsadüfi deyil, çünki London Kiyevin Moskvaya qarşı mübarizəsini birmənalı şəkildə dəstəkləyir və bu dəstək hökumət dəyişikliklərinə baxmayaraq, ölkənin siyasətində sabit qalır.

Böyük Britaniya Ukraynaya öz arsenalında olan çoxsaylı hərbi vasitələr, o cümlədən, “Storm Shadow” raket sistemlərini təqdim edib. London həmçinin Ukraynanın Rusiyanın dərinliklərinə zərbə endirməsi məsələsində də Kiyevlə eyni mövqedədir və digər Qərb müttəfiqlərini də razı salmağa çalışır”.


Oqtay Qasımov

Politoloqun sözlərinə görə, Rusiyanın cavabı əsasən hava məkanlarının pozulması, dron hücumları və təxribat xarakterli addımlar şəklində özünü göstərir:

“Moskva bu vasitələrlə həm Avropa ölkələrinin sayıqlığını yoxlayır, həm də onları təhdid altında saxlamağa çalışır. Lakin Rusiyanın Böyük Britaniyaya qarşı birbaşa və ciddi cavab addımı atacağı inandırıcı görünmür. Çünki iki ölkə arasında böyük coğrafi məsafə mövcuddur.

Doğrudur, Rusiya bəzən Danimarka və Norveçin hava məkanını pozur və bu ölkələr coğrafi baxımdan Britaniyaya yaxın yerləşirlər. Amma Böyük Britaniyanın hərbi potensialı və müdafiə imkanları kifayət qədər yüksəkdir. Üstəlik, London Vaşinqtonun əsas strateji müttəfiqidir, bu səbəbdən Britaniyaya yönəlmiş istənilən təhdid dolayısı ilə ABŞ-a da yönəlmiş sayılır.

Digər Qərb ölkələri də Böyük Britaniyanın nümunəsini izləyərək Ukraynaya dəstəyi artırmağa çalışırlar. Son dövrlər Avropa liderlərinin bəyanatlarına diqqət etsək, bu istiqamətdə müəyyən konsensusun formalaşdığını görmək mümkündür. Xüsusilə də Almaniya və Fransa bu məsələdə ön sıralarda yer alırlar.

Avropa öz təhlükəsizliyini təmin etmək üçün Ukrayna ilə birgə işləməyə məcburdur. Əks halda, Rusiya təhdidi birbaşa Qərbin təhlükəsizlik sisteminə yönələ bilər”.

Safura Bənnayeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:81
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 06 Oktyabr 2025 19:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see242

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see200

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see160

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see156

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see144

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see132

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri