Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Liqa 1: PSJ dən geridönüş

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Rusiyaya şöhrət gətirən 45 qeyri rus...

Rusiyaya şöhrət gətirən 45 qeyri rus...

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

Doğrusu, dəqiq bilmirəm, Rusiyada "Nezavisimaya qazeta” ("Независимая газета”) indi dərc olunur, ya yox? Amma bir vaxt vardı, daha doğrusu, doxsanıncı illərin lap əvvəllərində bu qəzet əllərdən düşmürdü, analitika, fundamental təhlillər bir tərəfə, hətta politoloji aclığımızı, iqtisadiyyatın bəzi problemlərilə bağlı marağmızı həm də bu cür nəşrlərin hesabına həll edirdik, çünki onda hələ siyasətə və hətta iqtisadiyyata aid yeni-yeni fundamental kitablar hələ peyda olmamışdı, xüsusən də bizim tərəflərə gəlməmişdi. 

Ona görə də hətta indinin özündə də bir az keçmiş təəssüratların diqtəsilə, bir az da yaşlı adamlara xas olan ətalətlə mən hələ də bu nəşrin saytına baxmaqda davam edirəm, hərçənd, daha nə əvvəlki analitika var burada, nə də daha çox jurnallara xas olan akademizm. 

Hətta onu da deyərdim ki, sayt daha çox baş redaktor Konstantin Remçuqovun media-vitrini kimi fəaliyyət göstərir, bəli, manşetin yarısı onun yazılarından ibarət olur: Remçuqov belə dedi, Remçuqov elə dedi!

Sözüm bunda da deyil. Olsun. İnsafən, bu adam "dəmir-beton qafalı” rus şovinisti də deyil, Rusiyadan dünyaya baxdığı kimi, dünyadan da dönüb Rusiyaya baxmağa cəhd edir. 

Bilirsiniz, belə simmetriya çöx gərəklidir, bunsuz heç bir ölkə, millət dünya siyasətində müvazinətini saxlaya bilməz. 

Çox təəssüf ki, rusların çoxu belə edə bilmir, onlar prezidentlərinin ardınca tutuquşu kimi elə hey "Rusiya olmasa dünya nəyə lazımdır?” kimi "suallar”, bəyanatlar üyüdüb tökürlər, guya kimsə bunların Rusiyasını əllərindən almaq istəyir. 

Əlbəttə ki, biz rusları da "başa düşməyə” çalışırıq, amma bir daha deyirik ki, axı heç kimin Rusiyanı dünya xəritəsindən "silmək” fikri yoxdur! Sözsüz, mən də deyərdim, indi də deyirəm ki, Azərbaycansız bu dünya nəyə gərək olardı? Amma bir ciddi düzəlişlə: dünaynın digər ölkələri, millətləri olmayan, bir Azərbaycandan ibarət olan dünya da çox üzücü-sıxıcı, maraqsız, hətta dözülməz olardı: bayquş kimi dünyanı tutub tək-tənha ulayası deyilik ki! Mən hələ onu demirəm ki, Rusiyadan fərqli olaraq nəinki Azərbaycanı, hətta bütün post-sovet məkanını tamam silmək planları da var, özü də bu planlar başqa heç bir yerdən yox, məhz Moskvadan, Kremldən gəlir!.. 

Ona görə də ruslardan, bəli, keçmiş "böyük qardaşlarımız”dan soruşuruq: bəs biz nə edək? Doğrudanmı, Rusiya ilə qonşu olmaq belə bir bəla imiş? Deyirlər ki, coğrafiya taledir! Amma bu qədərmi acı tale imiş bu?

Qayıdaq əvvəldə yada saldığımız rus saytına. Bugünlərdə saytın redaktaru Remçuqov cənabları Rusiyanın tarixində böyük rol oynamış 45 qeyri-rus haqda kiçik bir yazı yazmışdı, üstəlik, onu da qeyd etmişdi ki, bu say daha çoxdur və əlavə bir neçə nəfər də qeyri-rusun adını qeyd etmişdi. Elə mən də Remçuqovun siyahısına baxanda gördüm ki, bura daha bir neçə məşhur simanı əlavə etmək olar. 

Qərəz, rusiyalı müəllif həmvətənlilərinə işarə edirdi ki, gəlin şovinizmdən, ksenofobiyadan tamam uzaq olaq, açıq dünya tələb edək və özümüz də dünyaya açıq olaq.

Nə demək olardı bu xüsusda? Şovinizmin, ksenofobiyanın baş alıb getdiyi ölkədə istənilən mütərəqqi ziyalı belə edərdi. Amma onu eşidən olacaqmı? Sözlərinə məhəl qoyan tapılacaqmı? Təəssüf! 

O gün baxıram, Rusiyanın məhkəmələri iki yazıçı – Boris Akunin (deyəsən, əslən gürcüdür bu adam) və Dmitri Bıkov haqqında qiyabi hökm çıxarıb, özü də on ildən çox! Bəli, guya bunlar terrorizmə dəstək verir və hətta ona bəraət qazandırmağa çalışırlar! Gülməlidir, deyilmi? Burada deyiblər ki, adımı sənə qoyaram...

Daha gülüş üçün yer qalmayıb, indi ağlamaq məqamıdır. Bilirsiniz, niyə? Vaxtilə rus faşizmi haqda müxtəlif kontekslərdə çox yazılır və çox danışılırdı. Fəqət hamı buna daha çox ekstremist gəncliyin "nadincliyi” kimi baxırdı: bəli, məsələn, "qırxıqbaşlar” belə gəldi, elə getdi, söyləyirdilər! İndi belə görünür ki, məsələnin kökləri daha dərində imiş. 

Bəli, çox sevdiyimiz rus ədəbiyyatındakı epizodik faşizm notları, milli dözümsüzlük işarələri bir tərəfə, bu vaxta qədər bir detalı dəfələrlə qeyd etmişik, amma onu bir daha nəzərə çatdırmağa ehtiyac duyuruq. 

Sovetin vaxtında "Adi faşizm” adlı sənədli filmə baxmışdıq. O vaxt ağlımza gələn ilk fikir bilirsiz nə olmuşdu? Əcəba, bu ki, Sovet İttifaqı haqqındadır! Onda hələ bilmirdik ki, bütün totalitar rejimlər biri-birinə bənzəyir, çünki leksikonumuzda totalitar sözü yox idi hələ. Amma bənzərlk təkcə bununla bağlı deyildi, onun kökləri daha dərinə gedirdi.

Doğrusu, bütün bunlara rəğmən, biz yenə də "rus faşizmi” ifadəsini işlətmək istəmirik, ümdi edirik ki, bu, daha çox Putinin siyasətdir və bir gün buna da son veriləcək. 

Amma müəyyən əlamətlər var ki, onlar adamı çox  narahat edir. Onlardan biri də ziyalılara qarşı təzyiqlərdir: Hitler belə etməmişdimi? Halbuki Putinin Hitlerdən nəsə öyrənməyə ehtiyacı yoxdur, bu xüsusda onun sevdiyi SSRİ-nin zəngin təcrübəsi var: əgər faşistlər Eynşteyni akademiyadan xaric etmişdilərsə, sovetlər də bunu, məsələn, Saxarova qarşı etməyə çalışmışdı! Hələ onu demirəm ki, nə qədər rus ziyalısının yolu ölüm düşərgələrindən, sürgünlərdən keçmişdi. 

Bəzən belə deyirlər ki, guya tarix heç vaxt təkrar olunmur. Hətta bəzi Rusiya "ziyalıları” xususi məmnunluqla deyirlər ki, tarix onu öyrədir ki, guya o, böyük hesabla, heç nəyi öyrətmir! Amma yox, o, təkrar olur, xüsusən də ondan nəticə çıxarmayanda. Tarix həm də öyrədir, amma ondan öyrənmək istəyənləri, pis şagirdlər üçün bütün müəllimlər pisdir.

Hüseynbala Səlimov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:222
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 16 İyul 2025 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see454

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see436

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see419

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see289

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see286

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see270

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see269

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see251

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see244

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see236

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see228

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see221

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see209

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see202

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see197

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see197

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see195

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see189

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see172

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri