Icma.az
close
up
RU
Rusiyaya təzyiqlər artır: Avropa nə etmək istəyir?

Rusiyaya təzyiqlər artır: Avropa nə etmək istəyir?

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Avropa İttifaqı (Aİ) Ukraynada davam edən müharibənin üçüncü ildönümü ərəfəsində Rusiyaya qarşı sanksiya siyasətini daha da sərtləşdirib. Fevralın 24-də Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri tərəfindən təsdiqlənən 16-cı sanksiyalar paketi Kremlin iqtisadi imkanlarını daha da məhdudlaşdırmağı hədəfləyir.

Yeni sanksiyalar çərçivəsində Rusiyanın metallurgiya və enerji sektoruna ciddi zərbələr vurulacaq, bir sıra strateji məhsulların idxalı və maliyyə institutlarına çıxışı məhdudlaşdırılacaq. Bundan əlavə, “kölgə” donanmasına aid edilən gəmilər və müxtəlif şirkətlər də Aİ-nin qara siyahısına salınıb. Bu addım Qərbin Moskvanın müharibə resurslarını zəiflətmək istiqamətində atdığı növbəti mühüm addımlardan biri kimi qiymətləndirilir.

Lakin yeni məhdudiyyətlər Rusiyanın hərbi və iqtisadi gücünə real təsir göstərə biləcəkmi? Aİ-nin sanksiyaları Kremlin müharibəni davam etdirmək qabiliyyətini zəiflədə bilərmi, yoxsa Rusiya alternativ yollar taparaq bu məhdudiyyətləri aşacaq? 

Mövzu ilə bağlı Bakıvaxtı.az-ın suallarını politoloq Samir Hümbətov cavablandırıb. Onun sözlərinə görə, Avropa İttifaqı sanksiyalar paketini Rusiya vətəndaşı olan 48 hüquqi, 31 fiziki şəxsə tətbiq edib. Müsahibimizə görə, bu addım birbaşa Rusiya elitasının əsas istiqamətinə yönəldilib: 

"Proseslər Rusiyanın "kölgə" donanmasına tətbiq edilir, bu da o deməkdir ki, sözügedən addımlar nəticəsində Rusiyanın iqtisadiyyatı və siyasəti təcrid ediləcək. Məsələnin iqtisadiyyatla bağlı detalları isə daha fərqlidir. Çünki, Avropa İttifaqı Rusiyanın enerji siyasətinə mühüm dərəcədə təsir göstərmək istəyir. Rusiyanı bu gün ayaqda saxlayan enerji siyasətidir, hələ də Rusiyanın Qərblə enerji ticarəti var".

Samir Hümbətov: Bu sanksiyalar paketindən Avropa ölkələri də müəyyən qədər ziyan görəcək

Politoloqun fikrincə, belə olan halda Avropanın Rusiya enerjisindən tam imtina etməsi Rusiya iqtisadiyyatına ciddi zərbə olacaq:

"Təbii ki, bu sanksiyalar paketindən Avropa ölkələri də müəyyən qədər ziyan görəcək. Ancaq ən böyük problemlə üzləşən Rusiya olacaq. Çünki, bu addımlar Federasiyanın iqtisadi gücünü çökdürməyə hesablanıb. Onsuz da bu gün rəsmi Moskvanın maliyyə durumu stabil vəziyyətdə deyil. Onlar Çin və Hindistanla əməkdaşlığı nə qədər dərinləşdirsələr də, son nəticədə Avropayla belə durumun yaşanması sərf edən hal deyil. Bu isə ümumavropanın verdiyi qərar üçün böyük problemlərə səbəb olacaq".

Əli Hüseynov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 25 Fevral 2025 09:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri