Icma.az
close
up
RU
Rusiyaya və müttəfiqlərinə ölümcül sanksiya hazırlanır

Rusiyaya və müttəfiqlərinə ölümcül sanksiya hazırlanır

Reyting.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Respublikaçı senatorlar ABŞ prezidenti Donald Trampın müttəfiqi Lindsi Grem tərəfindən irəli sürülən Rusiyaya qarşı sanksiyalar haqqında qanunun bu ay qəbul olunacağına əmindirlər. Bu əminlik Amerika liderinin Rusiya prezidenti Vladimir Putini Ukrayna şəhərlərinin atəşə tutulmasını intensivləşdirdiyinə görə tənqid etməsindən sonra yaranıb.
Reyting.az
-ın məlumatına görə, ABŞ Senatındakı çoxluğun lideri Con Tun əmindir ki, layihə avqusta qədər müzkirəyə təqdim ediləcək.
“Ümid edirəm ki, biz bunu avqust tətilinə qədər müzakirəyə çıxara bilərik. Biz administrasiya və Nümayəndələr Palatası ilə birlikdə onu baxılmağa hazırlayırıq”,- C. Tun əmin edib.
Onun sözlərinə görə, Senatda bu qanun layihəsinə iki partiyadan böyük dəstək var.
“Düşünürəm ki, belə dəstək Nümayəndələr Palatasında da var. Ən azından buna ümid edirəm. Ağ ev bu qanun layihəsini Senatdan keçirməyimizə imkan yaradacaq formada almaqda çox maraqlıdır. Bunun növbəti bir neçə həftə ərzində baş verib-verməyəcəyi açıq sualdır, amma ümid edirəm ki, olacaq”, - Tun əlavə edib.
Qeyd edək ki, senatorlar Lindsi Qrem və Riçard Blumentalın birlikdə təqdim etdiyi “2025-ci il Rusiya Sanksiyaları Aktı” adlı qanun layihəsi Rusiyaya və Rusiyadan neft, qaz, uran və digər məhsullar alan ölkələrə qarşı ilkin və ikinci dərəcəli məhdudiyyətləri nəzərdə tutacaq.
Qanun layihəsi Rusiya məhsullarını sanksiyalar altında alan istənilən ölkədən idxal edilən mallara 500 faiz rüsum tətbiqini nəzərdə tutur.
“Bu qanun layihəsinin məqsədi Putinin müştərilərini vurmaqdır. Çin və Hindistan Rusiyanın neft və qazının, eləcə də digər neft məhsullarının təxminən 70 faizini alır. Mən həmişə Çinin Putinin yanına gəlib “bəsdir, bizi incidirsən”,- deyəndə bu müharibənin bitəcəyinə inanırdım”,-senator Qrem deyib.
Qrem ümid edir ki, sanksiyalar haqqında qanun layihəsi gələn həftənin tezliyində baxılmaq üçün Senata təqdim oluna bilər.
Eyni zamanda “Politico” yazıb ki, Tramp Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləməyə hazırdır, lakin burada bir nüans var: o, bu sənədə Amerika liderinə daha çox nəzarət imkanı verəcək dəyişikliklər ediləcəyi təqdirdə razılaşacaq.
E. KAMAL
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:48
embedMənbə:https://reyting.az
archiveBu xəbər 10 İyul 2025 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see255

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see203

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see187

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see181

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see179

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see174

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see168

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see166

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see158

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see155

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see154

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see152

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see147

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see147

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see147

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see146

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see144

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri