Rusiyayla Ermənistan arasında hərbi toqquşma ola bilər
Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
Avrasiya İqtisadi İttifaqı (Aİİ) haqqında müqavilədə ittifaq üzvünün qurumdan çıxması və ya üzvlüyünün dayandırılması proseduru nəzərdə tutulmayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bəyan edib və bu növ tədbirlərin tətbiqi imkanlarının dekabr ayınadək araşdırılacağını bildirib.
"Biz hazırda üzvlüyün dayandırılmasının nə anlam ifadə edəcəyini öyrənəcəyik. Həqiqət ondan ibarətdir ki, İttifaq haqqında Müqavilədə üzvlüyün dayandırılması və ya üzvlərin xaric edilməsi rejimi nəzərdə tutulmayıb. Ona görə də dekabr ayına qədər bütün bunları hüquqi nöqteyi-nəzərdən çox diqqətlə araşdırmaq lazımdır", - deyə o qeyd edib.
Aleksey Overçuk Ermənistana qarşı tətbiq edilən məhdudiyyətlərin siyasi deyil, iqtisadi xarakter daşıdığına da əminlik ifadə edib: "Bizdə adi iş prosesi gedir. Hələ ki, siyasət yoxdur, sırf iqtisadiyyatdır. Hər şey qaydalar çərçivəsindədir".
Baş nazirin müavininin sözlərinə görə, İrəvan Avropa İttifaqı ilə yaxınlaşma xəttini davam etdirəcəyi təqdirdə, Rusiya Ermənistanı Aİİ və ikitərəfli müqavilələr çərçivəsində göstərilən dəstəkdən məhrum edə bilər.
Overçuk vurğulayıb ki, Ermənistandakı seçkilərdə qərbpərəst qüvvələr qalib gələrsə, Moskva "müvafiq tədbirlər" görəcək.
O, Rusiyanın gələcəyini Aİ-də görən bir ölkəni maliyyə cəhətdən dəstəkləmək niyyətində olmadığını diqqətə çatdırıb və Avropa İttifaqının Rusiya ilə müharibəyə hazırlaşdığını iddia edib.
"Biz sabah bəlkə də bizimlə müharibə aparacaq şəxslərə pulmu verəcəyik?", - deyə Rusiya rəsmisi bəyan edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 04 İyun 2026 12:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















