Icma.az
close
up
RU
Ruslan Əmircanov: Qələbə üçün dəridən qabıqdan çıxmalısan

Ruslan Əmircanov: Qələbə üçün dəridən qabıqdan çıxmalısan

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Əgər qalib gəlmək istəyirsənsə və rəqib səndən güclüdürsə sən ondan daha çox qaçmalısan, yeri gəlsə, güləşməlisən, qalib gəlmək üçün hər şey etməlisən".

Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Əmircanov Belarusla oyunöncəsi açıqlamasında deyib:

"Millimizin Haiti seçməsinə uduzmasını azarkeşlər fiasko adlandırsalar da, bu, elə deyil. Rəqibin reytinq cədvəlindəki yerinə baxsaq, aradakı fərqi rahatlıqla görə bilərik. Haiti millisində çıxış edən bütün futbolçular legioner həyatı yaşayırlar və keyfiyyət baxımından üstün idilər. Bizim futbolçularımız isə fərdi keyfiyyətə sahib olsalar da, düzgün komanda anlayışı və strategiya ilə qələbə qazana bilərlər. Bizim dövrümüzdə bütün futbolçular Azərbaycan millisinin formasını geyinəndə qələbə qazanmaq üçün dəridən-qabıqdan çıxırdılar. Uduzsaq da, əziyyət çəkirdik. Ən azından baxımlı futbol nümayiş etdirməyə və məşqçiyə özümüzü göstərməyə çalışırdıq. Hər dövrün özünə uyğun futbol anlayışı var. Əvvəllər smartfonlar və s. yox idi. İndi isə artıq yeni texnologiya dövrüdür. Bu futbola da təsir edir və inkişaf fərqli istiqamətdə davam edir. İndi futbol səhvlər üzərində qurulub. Kiçik bir səhv məğlub olmağına, rəqibin bundan faydalanmasına səbəb olur. Ona görə də, ağıllı futbol oynamaq, düzgün komanda formalaşdırmaq lazımdır".

Ruslan Əmircanov əlavə olaraq Fernandu Santuşun Belarus millisi ilə oyundan əvvəl mətbuat konfransındakı fikirlərinə münasibət də bildirib:

"Fernandu Santuş Avropa çempionu olmuş ağıllı məşqçidir. Əgər müdafiə xəttində problemlərin olduğunu deyirsə, deməli, belədir. Məşqçi tapşırıqları verib futbolçulara yön göstərir. Qalanı isə futbolçulardan asılı olur. Belə olan halda Fernandu Santuşun üzərinə getmək də doğru olmaz. Azərbaycan millisi "Barselona" deyil ki, yeddi oyunda dirçəldib mükəmməl komanda yarada biləsən. Fernandu Santuşa zaman verməli, gördüyü işlərə hörmətlə yanaşmalıyıq".

Anar Həsənov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:312
embedMənbə:https://oxu.az
archiveBu xəbər 25 Mart 2025 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see292

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see280

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see250

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see225

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see223

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see220

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see214

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see210

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see210

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see200

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see190

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see187

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see186

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see186

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see184

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see183

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see180

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see180

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri