Icma.az
close
up
RU
Ruslan Eyyubova görə Bəylər Eyyubovun hədəf alınması məntiqsiz və qeyri etikdir

Ruslan Eyyubova görə Bəylər Eyyubovun hədəf alınması məntiqsiz və qeyri etikdir

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

Hər kəs özünə cavabdehdir, yalnız və yalnız özünə!

Son günlərin ən çox müzakirə edilən məsələlərindən biri siqaret qaçaqmalçılığı ilə bağlı aparılan istintaq çərçivəsində həbs edilən Bakı–Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının faktiki rəhbəri Ruslan Eyyubovun həbsidir. Xatırladaq ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılan Ruslan Eyyubov haqqında məhkəmə qərarı ilə 2 aylıq həbs qətimkan tədbiri seçilib, bu barədə ictimaiyyətə ilkin informasiya təqdim olunub. Şübhəsiz, istintaq prosesinin gedişatı ilə bağlı yaxın günlərdə də rəsmi qurumlar media və ictimaiyyəti məlumatlandırmaqda davam edəcək.

Bu əsnada media və sosial mediada diqqət çəkən məqamlardan biri də Ruslan Eyyubovla bağlı baş verənlər fonunda Prezidentin şəxsi mühafizə xidmətinin keçmiş rəhbəri Bəylər Eyyubovun da isminin hallandırılması, onun da hədəf seçilməsidir. Halbuki, Ruslan Eyyubovla bağlı baş verənlərin Bəylər Eyyubovla bu və ya digər dərəcədə bağlı olması ilə bağlı heç bir rəsmi məlumat yoxdur. Bununla bağlı hüquq-mühafizə orqanları tərəfindən hər hansı açıqlama verilməyib və praktiki addım atılmayıb.

Onu da unutmaq olmaz ki, Azərbaycan qanunvericiliyinə görə hər kəs yalnız və yalnız özünə cavabdehdir və heç kim ən yaxın ailə üzvünün belə yol verdiyi qanunsuzluğa görə məsuliyyət daşımır.Belə olan halda bəzi media orqanlarının Bəylər Eyyubovu potensial hədəf kimi təqdim etməsi, Ruslan Eyyubovla bağlı olaya onu da daxil etməsi məntiqdsiz və bir o qədər də qeyri-etikdir.

Bəli, bu ölkədə heç kim, eyni zamanda Bəylər Eyyubov da qanundan üstün deyil və bundan sonra da olmayacaq. Lakin bu həqiqəti yeri gəldi-gəlmədi səsləndirərək günahsız insanları ictimai qınaq obyektinə çevirmək, onlarla bağlı qarayaxma kampaniyası aparmaq əxlaqi-mədəni baxımdan yolverlməzdir. Unutmaq olmaz ki, Bəylər Eyyubov bütün şüurlu ömrünü Azərbaycan dövlətinin və dövlətçiliyinə həsr edən, Ulu Öndər Heydər Əıliyev və Prezident İlham Əliyevə sədaqəti ilə diqqət çəkən azsaylı şəxslərdən biri olub. Belə olan halda onun subyektiv fikir və qənaətlərə əsaslanaraq hədəfə alınması doğru bir davranış sayıla bilməz. Bu cür davranış eyniylə Bəylər Eyyubov kimi bütün ömrünü Azərbaycanın inkişafına xidmət edən digər şəxslərdə də ruh düşgünlüyünün yaranmasına, onların mediaya olan inamının sarsılmasına səbəb ola bilər.

Ümid edək ki, heç deyilsə bundan sonra media nümayəndələri və sosial media istfadəçiləri bu kimi məsələlərə daha həssas yanaşacaq, heç kimi öz qərəz və ya öncəgörmələrinə qurban etməyəcək.

Seymur ƏLİYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://moderator.az
archiveBu xəbər 28 Dekabr 2025 18:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see196

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see164

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see151

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see151

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see147

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see144

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see137

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see137

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see136

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see135

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see135

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see133

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see133

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see130

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see129

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see129

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see129

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see126

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri