Ruslan Nurullayev: “Qələbəmi atama həsr edirəm, o, məni görür və ruhu şaddır
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
"Yarış istədiyim kimi keçdi".
Bunu İdman.biz-ə Azərbaycanın yunan-Roma güləşçisi Ruslan Nurullayev deyib.
Albaniyanın paytaxtı Tiranada U-23 Avropa çempionatında 72 kq-da qızıl medal qazanan yığma üzvü qələbə təəssüratlarını bölüşüb: "Görüşlərimin hamısı çətin keçdi. Rəqiblərimin içərisində vaxtilə mənə qalib gələn idmançılar vardı ki, onlardan bu turnirdə revanş aldım. Bütün görüşlərimə eyni məsuliyyətlə yanaşmışam. Çünki yeganə məqsədim çempionluq idi və buna da nail oldum. Əvvəllər də demişəm ki, məqsədlərim böyükdür. 2025-in ilk mötəbər yarışı Avropa çempionatında qızıl medal qazanmaqla bunu bir daha sübut etmiş oldum".
Nurullayev uğur seriyasını davam etdirmək niyyətindədir: "Bu yarışa çempionluğa layiq hazırlaşmışdıq. Qarşıda dünya çempionatı və böyüklərin yarışı var. Məşqçilər heyəti məsləhət bilsə, həmin turnirlərə də qatılacağam. Bir məqamı xüsusilə vurğulamaq istərdim ki, turnirdə bütün komanda çox yaxşı iştirak etdi. İstər döşəkdə, istərsə də döşəkdən kənarda. Final qarşılaşmasında komandamın göstərdiyi dəstək mənə böyük motivasiya verdi. Təkcə komanda yox, məşqçilər heyəti və dəstək olan hər kəsə minnətdarlığımı bildirirəm. Qələbəmi isə atama həsr edirəm. Bilirəm ki, o, indi məni görür və ruhu şaddır".
Qeyd edək ki, 72 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finalda rusiyalı Danil Qriqoryevə (UWW) 3:2 hesabıyla qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Aytac Sahəd
İdman.biz
 Bu mövzuda digər xəbərlər:
Bu mövzuda digər xəbərlər: Baxış sayı:110
Baxış sayı:110 Bu xəbər 15 Mart 2025 17:38 mənbədən arxivləşdirilmişdir
Bu xəbər 15 Mart 2025 17:38 mənbədən arxivləşdirilmişdir



 Daxil ol
Daxil ol
 Xəbərlər
Xəbərlər Hava
Hava Maqnit qasırğaları
Maqnit qasırğaları Namaz təqvimi
Namaz təqvimi Qiymətli metallar
Qiymətli metallar Valyuta konvertoru
Valyuta konvertoru Kredit Kalkulyatoru
Kredit Kalkulyatoru Kriptovalyuta
Kriptovalyuta Bürclər
Bürclər Sual - Cavab
Sual - Cavab İnternet sürətini yoxla
İnternet sürətini yoxla Azərbaycan Radiosu
Azərbaycan Radiosu Azərbaycan televiziyası
Azərbaycan televiziyası Haqqımızda
Haqqımızda 
 
 
 
 TDSMedia © 2025 Bütün hüquqlar qorunur
TDSMedia © 2025 Bütün hüquqlar qorunur
 







 Günün ən çox oxunanları
Günün ən çox oxunanları



















