Icma.az
close
up
RU
Ruslan Qurbanov: Qəza baş verəndə Neftçi dən Qəbələ yə keçirdim, ad günüm idi MÜSAHİBƏ

Ruslan Qurbanov: Qəza baş verəndə Neftçi dən Qəbələ yə keçirdim, ad günüm idi MÜSAHİBƏ

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan millisinin, eləcə də “Zirə”, “Keşlə”, “Səbail”, “Sumqayıt” klublarının formasını geyinmiş sabiq hücumçu Ruslan Qurbanovun Teleqraf-a müsahibəsi

- Uzun müddətdir “gözdən itmisiniz”. Hazırda haradasınız və nə işlə məşğulsunuz?

- Heç kimə lazım deyiləm, mənimlə maraqlanılan zaman keçdi. Normaldır və mən bunu sakit şəkildə qəbul edirəm. Hazırda Rusiyadayam, özüm üçün məşq edirəm. Hər şey məni qane edir.

- Karyerası kifayət qədər zəngin olan millinin sabiq üzvlərindən birisiniz. Sizcə, bu gün kənarda qalmağınızın səbəbi nədir?

- Karyerama görə Azərbaycana təşəkkür edirəm. Axı Azərbaycan mənə inanmışdı və məni 18 yaşımda qəbul etdi. Günah özümdədir. Üstəlik, mənə kömək edən bir mentor da yox idi. Həmişə tək olmuşam. Amma hər şey üçün uca Tanrıya və Azərbaycana minnətdaram.

- Hansı səhvinizi və ya qərarınızı heç vaxt özünüzə bağışlamırsınız?

- Rejimi qoruyub saxlamırdım və həmişə düşünürdüm ki, hər şeyə vaxt taparam. Nəyi necə etmək lazım olduğunu deyən bir mentor olsaydı, mən hələ də oynayacaqdım. Amma bu gün nə varsa, ondan razıyam.

- Millidəki komanda yoldaşlarınızdan kiminlə əlaqəniz qalır, sizə kim dəstək göstərir?

- Çətin anlar yoxdur, heç kimdə də olmasın. Belə, Bəhlul Mustafazadə, Şahrudin Məhəmmədəliyev, Slavik Alxasov, Ramil Şeydayev, Cavid İmamverdiyev və s. ilə əlaqə saxlayıram. Uşaqları izləyir və onlara daim azarkeşlik edirəm.

- Bir futbolçu kimi “vizit kartınız”, Ruslan Qurbanov dedikdə yada düşən klub və oyununuz hansıdır?

- Azərbaycan milli komandasında keçirdiyim oyunlar ən gözəl dönəmlərdir. Çünki bayrağı təmsil etmək və beynəlxalq arenada oynamaq olduqca qürurlu hissdir. “Neftçi”də kubokun finalına qədər getdiyimiz anlar çox gözəl idi. “Qəbələ” ilə bağlı da xoş təəssüratlarım var. “Qırmızı-qaralar”la Avropa Liqasında oynadım və “Sent-Etyen” (1:2), “Maynts” (2:3) kimi komandalara qol vurdum. Daha çox şey edə bilərdim, amma günah özümdədir.

- Hazırda oynamırsınız. Futbol üçün darıxmırsınızmı?

- Təbii ki, çox darıxıram. Uşaqlar böyüyüb, qızım məktəbə gedir, ona görə də davamlı köçüb-daşına bilmirəm. İndi artıq yalnız özümü deyil, ailəmi də düşünməliyəm.

- Övladlarınızdan hansısa idmanla məşğul olur?

- Qızım burada gimnastikaya gedir. Amma o, bunu daha çox özü üçün edir. İstəyirəm ki, əvvəlcə təhsil alsın. Oğlum mayın 2-də Bakıda dünyaya gəldi. Bu, Azərbaycana mənim üçün etdikləri hər şeyə görə təşəkkürdür. Ümid edirəm ki, o, böyüyəcək, məndən daha yaxşı və daha böyük uğurlara nail olacaq.

- Bir dəfə avtomobil qəzası keçirmiş və buna görə çoxlu pul xərcləmişdiniz. Demişdiniz ki, bu, sizin üçün dönüş nöqtəsi oldu. Nə mənada?

- Yaxşı yadımdadır. Özüm qəza törətməmişdim, amma maşınımı vurmuşdular. Deməli, "Mercedes"imi təmirə vermişdim, amma aparıb harasa vurmuşdular. Nənki pul almaq, əksinə, həmin şəxsi buraxmaları üçün 150 manat da verdim. Onu bağışladım, çünki 4 uşağı vardı. Gürcüstan vətəndaşı idi. Bir sözlə, ona problem yaratmadım.

- Bu, hansı ildə, harada oynadığınız vaxt baş vermişdi?

- O vaxt mən “Neftçi”də oynayırdım və məhz “Qəbələ”yə keçirdim. Özümə kreditlə maşın almışdım. Yadımdadır ki, o zaman Qurban Bayramı, həmçinin, mənim doğum günüm, yəni, 12 sentyabr idi.

- Hadisə 2016-cı ildə sizin 25 yaşınız olarkən baş verib. Həyatınızda dönüş nöqtəsi yaratdığını dediyiniz həmin hadisədən necə çıxdınız?

- 45 min dolları tam ödədim, amma növbəti gün maşınımı yenə vurdular. Sonra bu pulun qat-qat artığı mənə geri qayıtdı. Bəlkə də ona görə ki, mənə 5 min dollar zərər vuran adamı bağışladım.

- Həm milli, həm də klublarda bir çox baş məşqçi ilə işləmisiniz. Onlardan hansını karyeranız baxımından unutmazsınız?

- İşləmək nəsib olan hər bir baş məşqçiyə minnətdaram. Robert Prosineçkiyə xüsusi təşəkkür edirəm, Azərbaycan millisində çıxış etməyə onunla başladım. Hamı ona “çağırma, o elədir, belədir” deyəndə mənə inandı. "Qəbələ"də Roman Qriqorçukla taktikanı və futbolda bir çox şeyi öyrəndim. O, mənə inandı və yüksək səviyyədə oynamaq imkanı verdi.

- Bir vaxtlar sizi oynatmadığı üçün Qurban Qurbanovdan incidiyiniz deyilirdi, doğrudanmı elədir?

- Qurban Qurbanovla heç vaxt fikir ayrılığımız olmayıb. Əksinə, o da məni milliyə çağırdı və inandı. Buna görə Qurban Qurbanova çox minnətdaram. İşləmiş olduğum hər bir baş məşqçiyə təşəkkür edirəm.

- Azərbaycanda son olaraq “Hypers Guba”da çıxış etmisiniz. Yaşıdlarınızın bəziləri aşağı liqalarda top qovur, bəziləri isə Premyer Liqada. Hazırki durumda özünüzü hara layiq görürsünüz?

- Bəli, mən II Liqada oynamışam, səviyyə çox zəifdir. Futbolçuların gedəcək yeri yoxdur, ona görə də I və II Liqada oynamağa məcbur qalırlar. Bəziləri isə xaricə gedib, orada çıxış edir. Aşağı liqaları inkişaf etdirmək lazımdır, o zaman futbolçular arasında rəqabət olacaq.

- Karyeranızı bitirmək barədə düşünürsünüzmü? Ruslan Qurbanova vida matçı keçirilsə, bunu hansı klubdan gözləyir?

- İstərdim ki, bunu “Neftçi”də edim. Amma təəssüf ki, bu, baş verməyəcək, o dövrlər artıq keçdi. Mən 18 yaşımda “Neftçi”yə gəldim və futbol yoluma orada başladım. Çox istərdim ki, elə orada da başa vurum.

- Özünüzü məşqçi kimi görürsünüzmü? Azərbaycanda hansısa klubdan təklif almısınızmı və ya gözləyirsinizmi?

- Heç bir təklif almamışam və gözləmirəm də. Azərbaycanda klublara və yığmalara baş məşqçi kimi rəhbərlik etməyə layiq çoxlu yerli məşqçilər var. Əlbəttə, nə vaxtsa belə bir təklif gələcəksə, düşünərəm.

- Buradan sizi sevən azarkeşlərə, insanlara nə demək istərdiniz?

- Məni dəstəkləyənlərə, dəstək olanlara, haqqımda pis danışanlara və tənqid edənlərə təşəkkürümü bildirirəm. Siz olmadan mən indiyə qədər oynaya bilməzdim. Evinizdə sülh, daimi rahatlıq, sakitlik və gülüş olsun. Mən Azərbaycana böyük sevgi ilə bağlıyam və bu, həmişə qəlbimdədir.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 26 İyul 2025 18:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2008

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see227

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see200

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see187

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see152

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see147

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see140

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see140

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see137

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see136

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see136

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see134

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see129

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see129

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see128

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see127

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see127

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see125

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see122

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri