Icma.az
close
up
RU
Ruslar arağın qiymətini yenə də artırdılar..?

Ruslar arağın qiymətini yenə də artırdılar..?

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qiymətlər sonuncu dəfə bu ilin iyununda artırılmışdı ey...

...Rusiyada 2025-ci il yanvarın 1-dən güclü spirtli içkilərin minimum pərakəndə satış qiymətləri artacaq. Rusiya Federasiyası Maliyyə Nazirliyinin əmrinə əsasən, araq 0,5 litr üçün əlli rubl (299-a qarşı 349 rubl) və ya 17 faiz bahalaşacaq.

Konyakın minimum qiyməti 95 rubl artaraq yarım litr üçün 651 rubla çatacaq.

Distillatlara əsaslanan brendi və oxşar içkilər (şərab, meyvə, rom və başqaları) hazırkı 403 rublla müqayisədə 0,5 litr üçün ən azı 472 rubla başa gələcək.

SİA rus saytlarına istinadən xəbər verir ki, araq istisna olmaqla, gücü 28%-dən çox olan digər spirtli içkilərin ilkin qiyməti pərakəndə satışda gücündən asılı olaraq (237-431 rubl əvəzinə) 277 ilə 504 rubl arasında olacaq. Sərəncam 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək və 31 dekabr 2030-cu il tarixinədək qüvvədə olacaq.

Gərək ki, yadınızda olar(?) Rusiyanın Maliyyə Nazirliyi 2024-cü ilin iyun ayında güclü spirtli içkilərin minimum qiymətini artırmışdı.

...Və həmin ərəfədə araq üçün 299 rubl, brendi - 403 rubl, konyak - 0,5 litrlik konteyner üçün 556 rubl idi.

...Belə ki, 2024-cü ilin əvvəlindən araqın qiyməti artıq 6,4 faiz, konyak 7,5 faiz, brendinin qiyməti isə 7,46 faiz artıb. Daha sonra bu qiymətlərin 2026-cı ilin sonuna qədər qüvvədə qalacağı gözlənilirdi.

İyun artımından əvvəl 0,5 litrlik arağın minimum qiyməti 281 rubl idi. Yəni 2025-ci ildən bu rəqəm ümumilikdə 25 faizə yaxın artacaq. Brendi və distillə əsasında hazırlanan digər içkilər 25,8 faiz (375-dən 472-yə), konyak 25,9 faiz (517-dən 651-ə) bahalaşacaq.

Deyilənlərə görə, Rusiyada araqın minimum qiymətləri saxta spirtli içkilərlə mübarizə məqsədilə 2009-cu ildə tətbiq edilib. 2011-ci ildən konyak üçün, 2016-cı ildən isə şampan üçün minimum qiymətlər müəyyən edilib.

...Və Rusiyada 2030-cu ilə qədər spirt istehlakının azaldılması konsepsiyasının həyata keçirilməsi üzrə bu yaxınlarda qəbul edilmiş fəaliyyət planına əsasən, Rusiya hakimiyyəti spirtli içkilərə endirimləri qadağan etmək və mağazalarda kassa aparatlarının yanında spirtli içkilərin nümayişini məhdudlaşdırmaq niyyətindədir.

Bundan əlavə, hökumət samaqonun pərakəndə satışını məhdudlaşdırmaq və bunun hazırlanması üçün lazım olan avadanlıqların satışını eləcə də reklamını qadağan etmək niyyətindədir.

Qeyd edilməlidir ki, alkoqol istehlakının azaldılması proqramı onun ruslara satışında rekord artım fonunda təsdiqlənib.

Verilən məlumata görə, 2024-cü ilin yanvar-oktyabr aylarında ölkə sakinləri 184,2 milyon desilitr (1 dal - 10 l) alkoqollu məhsul alıblar.

Bu, illik müqayisədə 0,8 faiz və statistikanın izlənilməsinin başlandığı 2017-ci ilin analoji dövrünün göstəricisindən 21 faiz çoxdur.

Əli Babayev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:192
embedMənbə:https://sia.az
archiveBu xəbər 18 Dekabr 2024 00:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see535

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see496

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see368

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see283

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see278

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see271

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see269

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see263

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see261

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see242

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see240

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see240

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see236

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see224

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see215

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see211

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see206

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see188

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see182

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri