Icma.az
close
up
RU
RUSLAR AZAL ın TƏYYARƏSİNİ NİYƏ VURUB? Yeni məlumatlar yayıldı

RUSLAR AZAL ın TƏYYARƏSİNİ NİYƏ VURUB? Yeni məlumatlar yayıldı

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

İyunun 1-də  AZAL-a məxsus “Embraer E190” təyyarəsininn ötən il dekabrın 25-də  Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfindən verildiyinin  iddia olunduğu barədə minval.az saytına istinadən məlumat vermişdik. Sayt  Rusiya Müdafiə Nazirliyinin əmri ilə təyyarəyə atəş açıldığını iddia edən hava hücumundan müdafiə kapitanı Dmitri Paladiçukun məktubunu, həmçinin təyyarənin vurulma anını əks etdirən video da yaymışdı.

“AzPolitika” xəbər verir ki, sayt hadisə ilə bağlı daha bir təfərrüatı üzə çıxarıb.

Belə ki, eyni məktubdan və ona əlavə edilmiş telefon danışıqlarından məlum olub ki, Paladiçuk “Pantsir-S”dən iki atəş açsa da, mülki təyyarənin siluetini tanımayıb, çünki döyüş maşını nasaz vəziyyətdə olub və o, yalnız Rusiya Müdafiə Nazirliyinin əmri ilə hərəkət edib.

Dindirilmə zamanı Paladiçuk ifadəsində bildirib ki, o, 2024-cü ilin dekabrında Qroznı şəhərinin obyektlərinin mühafizəsi və müdafiəsi üzrə tapşırıqların yerinə yetirilməsi məqsədilə 51-ci Hava Hücumundan Müdafiə Diviziyasının operativ tabeliyinə daxil olub. Bundan əvvəl o, Suriyada xidmət edib. Atəşlərin açıldığı 274 saylı döyüş maşını 2017-ci ildən orada yerləşdirilib. Maşına lazımi texniki qulluq göstərilməyib və Qroznıya gətirilərkən sonra onda radar məlumatlarından istifadə edərək hədəfləri axtarmaq, hədəflə raketin bir-birinə münasibətdə harada yerləşdiyini müəyyən etmək üçün nəzərdə tutulmuş avtonom optik postun işində problemlər yaranıb.

Bu problemə görə döyüş maşınının heyəti hədəfin siluetini aydın şəkildə ayırd edə bilməyib və kapitan Paladiçukun sözlərinə görə, 2024-cü il dekabrın 15-də o, artıq “kor-koranə” hava hədəflərini atəşə tutmalı olub.

Həmçinin döyüş maşınında çoxfunksiyalı radiolokasiya stansiyası və termal görüntü cihazı da nasaz olub.

Səs yazılarında kapitan Paladiçukun baş verənlərlə bağlı hərbçi yoldaşlarının suallarına cavab olaraq, sözügedən vəziyyətlə bağlı şəxsi şərhləri yer alır. Belə ki, onlardan biri ilə danışıqlarda Paladiçuk deyib: “Bəli, Maks, mən iki dəfə atəş açdım. Mən əməliyyat əmrini verdim, raketlər yan keçəndən sonra dedilər ki, bu, öz təyyarəmizdir. Başım ağrıdı, hələ də qorxu içindəyəm. Az qala özümüzünküləri öldürəcəkdim. Nə yaxşı ki, yan keçiblər. Bilmirəm, atış məsafəm və azimut tamam başqa idi, fərqli bir istiqamətə atdım, amma raketlər məhv etmək üçün gedirdi, uçub gedəndən sonra qalıqlar təyyarəyə dəyə bilərdi. Mən vizual olaraq heç nə görmədim, aparatla bağlı problemlərim var idi. Pilotsuz təyyarələr həm qərbdən, həm də cənubdan yaxınlaşırdı. Mənim iki istiqamətim var: şimal-qərb və cənub-qərb. Müstəntiqlər məni incitdilər, bütün sənədləri götürdülər. Yaxşı ki, Suriyadan jurnallar qalıb, onları atmadım”.

“Uçan dronların siluetlər demək olar ki, fərqlənmir. Çoxfunksiyalı radiolokasiya stansiyası və optik-elektron sistemdə problem var. Hətta 4 km məsafədə mən sadəcə böyük bir ləkə görürəm və təyyarə tipli dronu heç ayırd edə bilmirəm. Suriyada daha uzaq məsafələrdə siluetləri ayırd edirdim, burada isə elə də yox. Maşın 2017-ci ildən Suriyanın cənubunda olub, iş başında idi və təbii olaraq ehtiyat hissələrinin 90%-i təmin olunmurdu”, - ekipaj rəisi başqa həmkarına deyir.

“Pantsir-S” Qroznıda yerləşərkən vəziyyəti qənaətbəxş olmayıb, bu da hadisənin səbəblərindən biridir. Kapitan Paladiçuk iddia edir ki, atəş açmaq qərarı 51-ci Hava Hücumundan Müdafiə Diviziyasının növbətçisinin əmri əsasında verilib. Eyni zamanda, “Pantsir-S”in ekipajının aşkarlama avadanlığı işlək vəziyyətdə olmayıb, bu da hədəfi müəyyən etməyə imkan vermirdi.

Beləliklə, 38 nəfərin həyatına son qoyan faciə Rusiya Federasiyası Müdafiə Nazirliyinin, daha doğrusu, Hərbi Hava Qüvvələrinin 4-cü Ordusunun 51-ci Hava Hücumundan Müdafiə Diviziyasının və Rusiya Aerokosmik Qüvvələrinin Hava Hücumundan Müdafiəsi diviziyasının rəhbərliyinin günahı ucbatından baş verib. Hərbi rəhbərlik döyüş maşınının ekipajı üçün lazımi xidmət şəraitinin yaradılmasını təmin etməyib, həmçinin bu ekipajın hərəkətlərinə lazımi nəzarəti həyata keçirməyib.

İş irəlilədikcə məlum olub ki, Paladiçuk döyüş maşınının standart rabitə avadanlığının sıradan çıxması səbəbindən növbətçidən atəş əmrini mobil telefon vasitəsilə alıb ki, bu da müəyyən edilmiş təlimatların kobud şəkildə pozulmasıdır və yüksək rəhbərlik tərəfindən qeyri-adekvat münasibətdən xəbər verir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:75
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 03 İyul 2025 09:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see234

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see211

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see179

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see176

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see158

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see147

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see147

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see144

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see138

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see137

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see137

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see134

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see133

Natan Ake “Vest Hem”ə keçməkdən imtina edib

01 Yanvar 2026 01:17see133

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see131

Mançester Siti nin futbolçusu hələ də Bundesliqa klubunun hədəfindədir

01 Yanvar 2026 00:47see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri