“Ruslar çox danışırdılar, Kupyanskda əsgərlərimizin yanındayam” Zelenski
Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ukrayna Prezidenti Volodimir Zelenski Xarkov vilayətinin Kupyansk şəhərindən videomüraciət yayımlayıb.
“Qafqazinfo” xəbər verir ki, o bu barədə teleqram kanalında paylaşım edərək, sözügedən istiqamətdə mövqelərinin möhkəm şəkildə qorunduğunu bildirib.
“Bu gün Kupyansk istiqamətində, Ukrayna üçün bütün tapşırıqları yerinə yetirən əsgərlərimizin yanındayam. Ruslar Kupyansk barədə çox danışırdılar, amma reallıq ortadadır. Bölmələrimizi ziyarət edib onları təbrik etdim. Burada döyüşən hər kəsə təşəkkür edirəm”, – deyə Zelenski söyləyib.
Xatırladaq ki, ötən ay Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov son iclasda Prezident Vladimir Putinə şəhərin tamamilə Rusiya ordusunun nəzarətində olduğunu məruzə etmişdi.
Zelenskinin sözügedən paylaşımı isə bu iddiaları təkzib edib. Rusiya mediasında isə Ukrayna liderininin həmin videosunun daha əvvəl çəkildiyi iddia olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 12 Dekabr 2025 23:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















