Icma.az
close
up
RU
Ruslar etiraf edə bilmirlər, çünki… Təyyarə qəzası məsələsi

Ruslar etiraf edə bilmirlər, çünki… Təyyarə qəzası məsələsi

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Rusiya və Azərbaycan arasında çox zəngin müştərək keçmiş var. Biz Rusiyanın tərkib hissəsi olmuşuq. Ortaq itkilərimiz, qələbələrimiz, məğlubiyyətlərimiz, mədəni irsimiz olub. Azərbaycan əhalisinin xeyli hissəsi rus dilində danışır. Çox geniş rus məktəbləri şəbəkəsi var. Təbii ki, təhlükəsizlik sahəsində də bizim ortaq maraqlarımız var". 

Bu sözləri Ölkə.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə son günlər Rusiya-Azərbaycan münasibətlərinin kəskinləşməsini şərh edərkən deyib.

Onun sözlərinə görə, bu maraqlar bəzən Rusiya tərəfindən Azərbaycanın mənafeyinə zidd həyata keçirilir:

"Hamı bilir ki, SSRİ dağılanda bizə qarşı qəddar cəza əməliyyatı keçirilmişdi. Torpaqlarımızın Ermənistana verilməsində Rusiya həlledici rol oynayıb. Lakin onu da unutmayaq ki, Azərbaycanda iqtisadi vəziyyət ağırlaşanda 1 milyona yaxın vətəndaşımız Rusiyaya işləmək üçün getmişdi. 

Rusiya və Azərbaycanı ortaq xalqlar, əhalilər də birləşdirir. Nə qədər azərbaycanlı Rusiyada hazırda yaşayır. 2020-ci il Vətən müharibəsindəndən sonra Qarabağ qayıdandanda bizi ayıran hər hansı bir ciddi maneə qalmadı. İndi Rusiya və Azərbaycan arasında ortaq iqtisadi layihələr müzakirə olunur". 

Politoloq onu da qeyd edib ki, Rusiyanın bəzi məmur təbəqəsi, satqın siyasətşünasları məlum təyyarə qəzasından bəhrələnib münasibətləri zəhərləyə bildilər:

"Təyyarənin vurulması təsadüf idi. Bu təsadüf də Rusiyada hökm sürən dərəbəyliyin nəticəsidir. Sonra qabiliyyətləri çatmadı ki, öz günahlarını etiraf edib üzr istəsinlər. Rusiya məmurlarının xisləti odur ki, onlar keçmiş sovet ölkələrinə yuxarıdan aşağı baxırlar. Rus deputatları hamısı ağzını qoyub Allah yoluna danışırlar. Rusiya və Azərbaycan bir-birilə mehriban yaşamağa məhkumdurlar. Rusiya da başa düşməlidir ki, Azərbaycanla düşmənçilik onları xeyli imtiyazlardan məhrum edə bilər". 

Həmidə İbrahimova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:177
embedMənbə:https://olke.az
archiveBu xəbər 10 Fevral 2025 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri