Icma.az
close
up
RU
Ruslar gedib İrəvanda deyir ki, “Qarabağı geri alacağıq“ MÜSAHİBƏ

Ruslar gedib İrəvanda deyir ki, “Qarabağı geri alacağıq“ MÜSAHİBƏ

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf-ın suallarını cavablandırıb.

Moderator.az həmin müsahibəni təqdim edir:

- Tofiq müəllim, Ermənistanda gələn il keçiriləcək parlament seçkiləri fonunda fərqli yanaşmalar səslənir. Rusiyanın prosesə bu və ya digər formada təsiri daha çox özünü göstərir. “Exo Moskva” radiosunun sabiq baş redaktoru Aleksey Venediktovun bu yaxınlarda İrəvanda verdiyi açıqlamaların bu kontesktdə təsadüf olmadığı diqqəti cəlb edir…

- Bəzi hallarda Ermənistan-Rusiya münasibətləri təhlil edilərkən bir çoxları fərqli stereotipləri gündəmə gətirir və iddia edilir ki, guya bu iki ölkə arasında münasibətlər pisləşib və s. Hətta bir qədər də irəli gedərək deyirlər ki, guya Kreml Ermənistanın hazırkı Baş naziri Nikol Paşinyana qarşıdır. Amma reallıqda təbii ki, bu belə deyil. Çünki hazırda Paşinyan Rusiya üçün ən uyğun siyasətçidir. Baş verən hadisələr göstərir ki, bir çox hallarda anti-Rusiya bəyanatları verilərkən Paşinyan və onun komanda üzvləri Kremlin maraqlarına qarşı ciddi şəkildə addımlar atmırlar. Faktiki olaraq, Rusiya ətrafında yaranan böhran zamanı İrəvanla Moskva arasında iqtisadi əlaqələr daha da artıb. Rusiyanın Ermənistandakı hərbi bazaları ilə bağlı tənqidi fikirlər səslənsə də, əslində heç nə dəyişməyib. Sadəcə olaraq, son 8 il ərzində 20-30 rus əsgəri Ermənistandakı mühüm postlardan yəni, "şüşəli butkalar"dan götürülüb. Amma bu gün Ermənistana daxil olarkən adi pasport yoxlanış sisteminə belə Rusiya nəzarət edir. Əvvəllər bunu rus sərhədçisi edirdi, indi onun yerini bir erməni tutsa belə, sistem ümumilikdə Rusiyaya tabedir. Ermənistanın sərhədlərində rus sərhədçiləri hələ da öz xidmətini davam etdirir. Ordu və hərbi əlaqələrdə də eyni vəziyyətdir. Bir müddət öncə iddia edirdilər ki, Gümrüdəki rus hərbi bazası boşaldılacaq və s. Reallıq isə eynidir.

- Rusiya və Ermənistan arasında böhran görüntüsü yaratmaqda məqsəd nədir?

- Əslində belə bir görüntünün yaradılması hər iki tərəfə sərf edir. Çünki bu şəraitdə Paşinyan özünü qərbyönlü göstərərkən müxtəlif yardımların alınmasına da nail olur. İndi də rus siyasətçiləri açıq şəkildə deyirlər ki, “bizim digər problemlərimiz var və Ermənistana kömək etmək üçün imkanlarımız yoxdur”. İndi isə bunu bu və ya digər şəkildə əvəz edən tərəf qərb olur. Ona görə də ortada olanlar, sadəcə olaraq, bir görüntüdür. “Exo Moskva” radiosunun sabiq baş redaktoru Aleksey Venediktovun İrəvana getməsi də bu amillərlə bağlıdır. Onun verdiyi açıqlamlar da Rusiyanın Ermənistana gələcəkdə verə biləcək dəstəklə bağlıdır. O iddia edir ki, “gələcəkdə Kreml İrəvana dəstək verəcək, onlar da Qarabağı geri alacaqlar”. Bununla da revanşistlərin yəni, keçmiş prezidentlər, hərbi canilər olan Robert Köçəryanın, Serj Sarkisyanın fikirlərini də bir növ dəstəklənmiş olurlar.

- Bu kömək nəyin hesabına ola bilər?

- Venediktovun dili ilə deyilir ki, “Ukrayna müharibəsi bitdikdən sonra biz sizinlə daha yaxın dost olacağıq və Azərbaycana qarşı müharibəyə başlasanız sizə dəstək verəcəyik və s”. Bu əslində ictimai çaşqınlıq yaradır. Rusiyanın Ermənistan üçün nəsə təzə bir şey etmək imkanı yoxdur. Əslində Venediktov bununla Paşinyana bir növ dəstək vermiş olub.

- Rusiya-Ukrayna müharibəsi bitdikdən sonra nə baş verəcək ki…

- Ermənilərin bəziləri düşünür ki, Rusiya onlara necə dəstək verəcək və yenidən Azərbaycanla müharibə başlasa, bunun nəticəsi necə olacaq və s. Çünki onlar da iddia edirlər ki, Azərbaycanla sabah yeni bir müharibə olsa, yenə də məğlub olacaqlar.

- Sizcə, Rusiyanın Ermənistana gələcəkdə hansısa formada yardım edəcəyi ilə bağlı təbliğat aparmaq nə dərəcədə təsirlidir?

- Fakt budur ki, Ermənistanda indi bunu təbliğ etmək mümkün deyil.

- Bəs ermənilər indi nə istəyir?

- Onlar istəyir ki, Qarabağı kimsə onlara qaytarsın. Ruslar da deyir ki, “siz gedib təzədən Azərbaycanla vuruşmalısınız”. II Qarabağ müharibəsində 11 min fərarisi olan erməni xalqı isə yenidən Azərbaycanla döyüşmək istəmir. Yəni, bütün bunların nəticəsi dolayısı yolla da olsa, Paşinyana dəstək verməkdir.

- Ukrayna müharibəsi bitdikdən sonra Rusiya Ermənistana necə dəstək verə bilər?

- Bunlar nisyə söhbətlərdir. Bunun olub-olmaması heç nəyi dəyişməyəcək. Ruslar Köçəryan-Sarkisyana dəstək verməklə əslində erməni cəmiyyətində fərqli bir fikir yaradır. Onlar da belə bir qənaətə gəlir ki, Rusiyaya etibar yoxdur, elə Paşinyan nə edirsə, düz edir. Venediktovun Paşinyan komandası ilə gizli görüşü də burada diqqətdən yayına bilməz.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://moderator.az
archiveBu xəbər 27 Noyabr 2025 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri