Ruslar Gümrüdə Ordu gününü qeyd etdi, Nəcəfi heyran qaldı
Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
Rusiyanın Ermənistandakı Cənub Hərbi Dairəsinin (CQD) hərbi bazasının (102-ci baza) hərbçiləri Gümrü şəhərində Rusiyanın Vətənin Müdafiəçisi Gününü (23 fevral) qeyd ediblər.
Axar.az xəbər verir ki, bu barədə Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hərbi hissənin parad meydançasında təntənəli tədbirlər keçirilib, burada baza komandanlığı, diplomatik korpusdan və təhlükəsizlik qüvvələrindən dəvət olunmuş qonaqlar, veteranlar və Gümrü administrasiyasının nümayəndələri hərbçiləri və onların ailə üzvlərini təbrik ediblər.
Fəxri qonaqlar arasında Rusiyanın Gümrüdəki baş konsulu İqor Titov, İranın hərbi attaşesi polkovnik Məhəmməd Nəcəfi, “Rossotrudniçestvo”nun Gümrüdəki bölməsinin rəhbəri Anton Beryanev də olub.
“Mən burada dostlarımın dəvəti ilə gəlmişəm. Biz hərbi texnikaya baxdıq və heyran qaldıq”, - Nəcəfi bildirib.
Qonaqlara əsgər sıyığı və Rusiya və Ermənistanın milli mətbəxlərindən təamlar təqdim olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 24 Fevral 2025 00:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















