Ruslar gündəlik 500 PUA ilə hücum etməyə çalışır
Reyting.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiyanın Ukraynaya hər gün 400-500 hücum dronundan (PUA) istifadə etməsi real deyil.
Reyting.az xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) rəhbəri Kirill Budanov deyib.
“Hər gün 400-500 dronla Ukraynaya hücum etmək qeyri-realdır. İnanıram ki, onların bunu vaxtaşırı etmək imkanı var. Bəli, vaxtaşırı həqiqətən də, bir buraxılışda 500-ə qədər hücum PUA-sı işə sala bilərlər”,- Budanov qeyd edib.
Onun sözlərinə görə, işğalçılar öz pilotsuz təyyarələrini təkmilləşdirirlər.
Bundan əvvəl elektron müharibə və elektron kəşfiyyat sahəsi üzrə ekspert Sergey Bezkrestnov bildirib ki, Rusiya Federasiyası pilotsuz təyyarələrin istehsalını fəal şəkildə genişləndirir. O, xəbərdarlıq edib ki, hücum dronlarının hazırkı istehsal tempi qorunub saxlanılarsa, Rusiya tezliklə irimiqyaslı hava hücumları zamanı olduğu kimi, 300-400 deyil, 800-ə qədər drondan istifadə edə bilər.
ELÇİN
Bu mövzuda digər xəbərlər:Ruslar Rodinske qəsəbəsini işğal etməyə çalışır
05 Avqust 2025 20:28
Ruslar yeni sanksiyalardan yayınmağa çalışır
27 Oktyabr 2025 11:39
“Ruslar Belarusdakı hərbçilərinin sayını gizlətməyə çalışır”
20 Avqust 2025 21:46
Ruslar Pokrovsk şəhərini mühasirəyə almağa çalışır
29 Oktyabr 2025 17:05
Ruslar bütün qüvvələri ilə müdafiəni yarmağa çalışır Sırski
12 Dekabr 2024 00:20
Baxış sayı:122
Bu xəbər 02 İyul 2025 14:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















