Ruslar Kiyev xəstəxanasına hücum etdilər: bir nəfər ölüb, bir nəfər yaralanıb
Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.
Bizimyol.info xəbər verir ki, Dövlət Təcili Yardım Xidmətinin məlumatına görə, Obolon rayonunda fəaliyyət göstərən stasionar şöbəsi olan dördmərtəbəli xəstəxana binasına zərbə endirilib.
"Yanğın söndürülüb. Binaya baxış zamanı insan cəsədi aşkar edilib", - deyə açıqlamada bildirilir.
Xilasedicilər 25 nəfərin təxliyə edildiyini, üç nəfərin isə yaralandığını bildirirlər. Hadisə yerinə təxminən 50 xilasedici və 10 yanğınsöndürmə və xilasetmə texnikası cəlb olunub.
Obolon Rayon Dövlət Administrasiyasının sədri Kirill Fesikin verdiyi məlumata görə, zərbə özəl xəstəxanaya endirilib. Hücum zamanı binada təxminən 70 nəfər olub. “Xilasedicilər və bütün aidiyyəti qurumlar personalın və pasiyentlərin təhlükəsiz şəkildə təxliyə olunması üçün mümkün olan hər şeyi edirlər”, – deyə o bildirib.
Ukrayna mətbuatının verdiyi məlumata görə, yanvarın 2-si axşam saatlarında Rusiya işğalçı qüvvələri Xarkovun mərkəzi hissəsinə zərbə endiriblər. Hücum nəticəsində şəhərin Kiyev rayonunda yerləşən dördmərtəbəli yaşayış binası vurulub və ciddi dağıntılar baş verib. Hadisə nəticəsində 30 nəfərin yaralandığı bildirilib. Hadisə yerində bir uşağın cəsədi aşkarlanıb. Ümumilikdə beş nəfər həlak olub.
Hərbi ekspert Aleksandr Kovalenkonun qeyd etdiyinə görə, ballistik və aerobalistik raketlər terrorun əsas alətinə çevrilərək istifadə intensivliyinə görə "X-101" qanadlı raketlər və dənizdən buraxılan “Kalibr”lərdən yararlanıb. Rusiya o raketlərdən istifadə edir ki, onların qarşısının alınması üçün “Patriot” və SAMP/T sistemləri tələb olunur. Ukraynada isə bu sistemlərin sayı kritik dərəcədə azdır və bütün iri şəhərlərin etibarlı şəkildə müdafiəsini təmin etməyə imkan vermir.
Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 05 Yanvar 2026 09:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















