Icma.az
close
up
RU
Ruslar Kiyevi raket və dronlarla vurublar: Ölən və onlarla yaralı var Video

Ruslar Kiyevi raket və dronlarla vurublar: Ölən və onlarla yaralı var Video

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İyulun 31-də səhər saatlarında ruslar gecə vaxtı pilotsuz təyyarənin hücumundan sonra Kiyevə raket zərbəsi endiriblər.

Bizimyol.info xəbər verir ki, rəsmilərin verdikləri məlumatlara görə, iki hücum dalğası nəticəsində onlarla itki olduğu məlum olub. Zərbənin fəsadları bir neçə rayonda baş verib, evlərə ziyan dəyib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, zərbə nəticəsində bir qadın həlak olub, meyit dağıntılar altından çıxarılıb.

Kiyev meri Vitali Kliçko bildirib ki, paytaxtda 27 yaralının olduğu artıq məlumdur. Onlardan 17-si həkimlər tərəfindən xəstəxanaya yerləşdirilib. Qalanlarına ambulator və ya yerində yardım göstərilib.

Ukrayna prezidenti Vladimir Zelenski də Kiyevdə çoxmərtəbəli binaya hücumun nəticələri barədə yazıb. "Rusiya terrorçuları Kiyevdə bilərəkdəb yaşayış binasına raket zərbəsi vurdular. İnsanlar dağıntılar altında qalıb. Bütün xilasetmə xidmətləri hadisə yerlərinə cəlb olunub", - deyə prezident yazıb.

Saat 4.30 radələrində ballistikadan istifadə təhlükəsi elan edilib.

Daha sonra Kiyev şəhər hərbi idarəsinin rəhbəri Timur Tkaçenko bildirib ki, düşmən paytaxta raket hücumu edib, Şevçenkivski və Svyatoşinski rayonlarındakı yaşayış binaları vurulub.

Kiyev meri Vitali Kliçko daha sonra əlavə edib ki, Şevçenkovski rayonunda şok dalğası tibb müəssisəsinin uşaq şöbəsinin pəncərələrini sındırıb, itki yoxdur.

Qeyd edək ki, iyulun 29-da ruslar Zaporojye vilayətindəki cəzaçəkmə müəssisələrindən birinə hücum ediblər, nəticədə 16 nəfər ölüb, üçdən çox insan yaralanıb.

İyulun 30-da Rusiya hərbçiləri bir həftə ərzində üçüncü dəfə pilotsuz təyyarələrlə Sumı Regional Dövlət Administrasiyasının binasına hücum ediblər. Səlahiyyətlilər hava reydləri zamanı insanları inzibati binaların və mühüm infrastruktur obyektlərinin yaxınlığında olmamağa çağırıb.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:86
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 31 İyul 2025 08:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR işçilərinə mükafat – Rəsmi əmr FOTO

15 Sentyabr 2025 18:42see528

Alvarezlə Kroufordun döyüşü tarixə düşüb

15 Sentyabr 2025 00:08see179

Gizli tarix üzə çıxdı: Girişi torpaqla örtülübmüş

14 Sentyabr 2025 02:07see172

Avtomobil 1 həftə və ya daha çox sürülməsə hansı problemlər yaranır?

13 Sentyabr 2025 20:02see149

KİV: Mossad Qətərdə HƏMAS rəhbərlərinə qarşı yerüstü əməliyyatdan imtina edib

14 Sentyabr 2025 01:26see143

Zərərli qidalar beynin fəaliyyətinə mənfi təsir göstərə bilər (ARAŞDIRMA)

13 Sentyabr 2025 23:14see140

“Benfika” “Qarabağ” matçında söz sahibi o olacaq

14 Sentyabr 2025 13:47see136

Xəzər dənizində qasırğa müşahidə edildi VİDEO

14 Sentyabr 2025 01:25see135

Mövsümün sonunda Mançester Siti dən ayrılacaq

14 Sentyabr 2025 16:59see132

Beşiktaş Musayevi istəyir

14 Sentyabr 2025 13:49see132

Aysel hovuz kənarından FOTOlarını yaydı

14 Sentyabr 2025 03:04see132

İlham Əliyev Hadrut qəsəbəsində olub FOTOLAR KONKRET

14 Sentyabr 2025 13:43see132

Türkiyəli nazir müavini: Kültür yolu festivalı çərçivəsində Azərbaycanla əməkdaşlıq edəcəyik

14 Sentyabr 2025 12:49see132

Ermənistan Ağrıdağı SİLDİ FOTO

14 Sentyabr 2025 13:04see131

Real ın oyunçusuna qırmızı verən hakim cəzalandırılacaq

14 Sentyabr 2025 17:05see131

Bolqarıstanlılar avronun qəbul edilməsinə etiraz edir

14 Sentyabr 2025 05:22see130

Bu il Türkiyədən Azərbaycana nə qədər pal paltar idxal olunub?

13 Sentyabr 2025 20:17see129

Niderlandda Üzeyir Hacıbəylinin 140 illik yubileyi qeyd olunub

14 Sentyabr 2025 03:08see129

Yaşlanma əleyhinə inyeksiya

14 Sentyabr 2025 20:01see127

Xankəndidə erməni təxribata belə HAZIRLAŞIB VİDEO

15 Sentyabr 2025 00:52see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri