Ruslar öldürülən koreyalıların üzlərini yandırırlar Zelenski
Teleqraf.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rusiya hərbçiləri itkilərini gizlətmək üçün Ukrayna qoşunlarına qarşı döyüşlərdə iştirak etmiş Şimali Koreyanın həlak olan əsgərlərinin üzlərini yandırmağa çalışırlar.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Onun sözlərinə görə, Rusiya Ukraynanın mövqelərinə hücum üçün Şimali Koreya hərbçilərindən nəinki istifadə edir, həm də itkilərini gizlətməyə çalışır:
“Təlim keçərkən belə, onlara üzlərini göstərmək qadağan edilib. Rusiya hərbçiləri onların mövcudluğuna dair hər hansı video sübutları silirlər. İndi isə bizim uşaqlarla döyüşlərdən sonra ruslar öldürülən Şimali Koreya əsgərlərinin üzlərini yandırmağa çalışırlar”.
Zelenski vurğulayıb ki, koreyalıların Rusiya üçün döyüşüb ölmələri üçün heç bir səbəbləri yoxdur:
“Bu dəlilik dayandırılmalıdır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 17 Dekabr 2024 10:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















