Ruslar panika içində hərbi anbarlarının yerini dəyişirlər... “ATƏŞ” partizan hərəkatı
Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.
Rusiya Federasiyasının Oryol vilayətində Kişi Dumçino kəndi yaxınlığında ruslar Ukrayna Müdafiə Qüvvələrinin dəqiq raket zərbələrindən ehtiyat edərək 1962-ci ildə qurulmuş hərbi anbar bazasından sursat və hərbi texnikanı vahimə ilə çıxarırlar.
Moderator.az Zn.ua saytına istinadla xəbər verir ki, bu barədə Ukrayna və Krım tatarlarının partizan hərəkatı “ATƏŞ” özünün telegram-kanalında məlumat yayıb .
Partizanlar bildirirlər ki, sözügedən bazanın ərazisində mühəndis sursatları, mina və partlayıcı maddələri naməlum istiqamətdə daşıyan “KamAZ” markalı yük avtomobillərinin gecə-gündüz gediş-gəlişi qeydə alınıb.
“ATƏŞ” hesab edir ki, bu tələsik evakuasiya işğalçıların öz arxa obyektlərinin zəifliyini dərk etdiyini və Ukrayna Silahlı Qüvvələrindən yeni dəqiq zərbələr gözlədiyini sübut edir. Ukrayna raketlərinin qorxusu düşmənin təchizat sistemini iflic edi
Partizanlar hərbi anbarlarlar ətrafında hərəkətlənmə və onların yeni yerləri ilə bağlı bütün məlumatların operativ şəkildə Ukrayna Müdafiə Qüvvələrinə verildiyini və təcavüzkarların maddi-texniki təminatına nəzarəti davam etdirdiklərini bildirirlər.
Bundan əvvəl “ATƏŞ” məlumat vermişdi ki, ruslar cəbhədəki kritik itkilərə görə müvəqqəti işğal olunmuş Sevastopolda hərbi dəniz xəstəxanasının tikintisini sürətləndirməyə çalışırlar .
S.Laçın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 24 Oktyabr 2025 08:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















