Icma.az
close
up
RU
Ruslar pensiya yaşını 80 yaşa qədər qaldırmaq zərurəti ilə üzləşə bilər..?

Ruslar pensiya yaşını 80 yaşa qədər qaldırmaq zərurəti ilə üzləşə bilər..?

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

Rusiyalı oliqarx Malofeyev Rusiyada pensiyaların ləğvini təklif edib...

...SİA-nın əldə etdiyi məlumata görə, “Tsarqrad” holdinqinin təsisçisi, iş adamı Konstantin Malofeyev 1995-ci ildən sonra anadan olan ruslar üçün pensiyaların ləğvinin tərəfdarı olduğunu bildirib.

Onun fikrincə, bu, gəncləri gələcəkdə valideynlərini təmin edə bilmələri üçün mümkün qədər çox uşaq sahibi olmağa sövq edəcək. O, əmindir ki, indi yaşı 30-dan aşağı olan vətəndaşlar guya qarşıdan gələn qocalıq pensiyasına güvənirlər və ona görə də ailə həyatı qurmağa həvəs göstərmirlər.

...Pensiya uşaqları əvəz edib... İndiki pensiyaçılar nəslinin övladı yoxdur, çünki əvvəlcə sovet, sonra isə liberal dövlət təbliğatı əvvəlcə komsomol quruculuğu layihələri üçün, sonra isə özü üçün yaşamağa təşviq edirdi. Bu adamlar bir daha heç kimi dünyaya gətirməyəcəklər ki, onların sayının azlığını islah etsinlər. Amma gələcək təqaüdçülərə - indiki gənclərə münasibətdə belə bir tədbir çox perspektivli ola bilər.

...Bunu deyən Malofeev xatırladıb ki, Rusiya İmperiyasında pensiyalar yalnız məhdud dairələrə verilirdi.

Buna baxmayaraq, hər qadın orta hesabla yeddi uşaq dünyaya gətirirdi və heç kim dövlətdən pul gözləmirdi.

...İş adamı, inqilabdan sonra qadınların çətin kişi peşələrində işləməyə başladığı ümumbəşəri bərabərlik bəyannaməsi səbəbindən bir ailədə uşaqların orta sayı üçə qədər azaldığını qeyd edbi. Onun sözlərinə görə, vəziyyət yalnız pisləşdi: qızlar kollecə getdi və karyera qurmağa başladı və 1990-cı illərdə özünü həyata keçirmək, şəxsi azadlıq, pul və istehlakçılıq həyatın məqsədinə çevrildi...və nəticədə bir qadına düşən uşaqların sayı 1,4-ə qədər azaldı.

Deyəsən, burada rusiyalı iş adamı “qan ağlamaq” istəyir..?

...Niyə deməyək ki, 10 ildən sonra Sosial Fonda pensiya ayırmaları dayandırılacaq və məsələn, 1995-ci il təvəllüdlü vətəndaşlar ümumiyyətlə dövlət pensiyası almayacaqlar? Onsuz da maaşlarından yığılan pensiyalar onlara qaytarılacaq. Ona görə də 30 yaşında özləri qərar versinlər ki, pul saxlasınlar, ya qocalıq etsinlər, yoxsa qocalığa...

...Və buna cavab olaraq Federasiya Şurasının Konstitusiya Qanunvericiliyi Komitəsinin rəhbəri Andrey Klişas xatırladıb ki, ruslar üçün sosial təminat Konstitusiya ilə təmin edilir.

Bu arada Rusiya 2050-ci ildən sonra pensiya yaşını 80 yaşa qədər qaldırmaq zərurəti ilə üzləşə bilər.

Bu proqnoz VTsİOM-un hesabatında yer alıb. Xüsusilə, bir neçə onillikdən sonra miqrasiya və robotlaşdırma olmadan gələcək "demoqrafik qış" haqqında, eyni zamanda mövcud doğum nisbətləri, eləcə də hazırkı ölüm nisbətləri və gözlənilən ömür uzunluğundan bəhs edilir.

... Nəticədə 21-ci əsrin sonuna qədər Rusiya əhalisi iki dəfə azalacaq.

Müstəqil demoqraf Aleksey Rakşa bu ssenarini ən real hesab etdiyini bildirib.

Rosstatın rəsmi proqnozuna görə, 2023-2046-cı illərdə Rusiya ölümün doğum nisbətini aşması nəticəsində 12,7 milyon insan itirəcək. 2040-cı illərin əvvəlinə ölkədə uşaq və yeniyetmələrin sayı 26 faiz azalaraq 27,2-dən 20 milyon nəfərə, onların əhalidəki xüsusi çəkisi isə 18,5-dən 14,2 faizə düşəcək. Pensiyaçıların xüsusi çəkisi, əksinə, 2046-cı ildə 24,5-dən 26,9 faizə yüksələcək.

...Əşşi, elə bir dəfəlik deyin ki,..bu da bizlik deyil dəə..?

Əli Babayev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://sia.az
archiveBu xəbər 25 May 2025 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see205

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see195

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see174

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see144

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see142

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see141

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see140

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see134

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see126

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see124

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri