Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

Liqa 1: PSJ dən geridönüş

İbrahim Tatlısesin model gəlininin evini su basdı

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Ruslar Stalinin dövrünə qayıdırlar..?

Ruslar Stalinin dövrünə qayıdırlar..?

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin öz istintaq təcridxanalarına nə ehtiyacı var?

...Rusiya Federal Təhlükəsizlik Xidmətinin özünün istintaq təcridxanaları olacaq. Dövlət Duması müvafiq qanun layihəsini üçüncü oxunuşda qəbul edib. Sənədin müəlliflərindən biri Vasili Piskarevin sözlərinə görə, Federal Təhlükəsizlik Xidmətinin istintaq təcridxanasında “dövlət təhlükəsizliyinə qarşı cinayətlərdə” təqsirləndirilən şəxslər saxlanılacaq.

...Bu, bu kateqoriyadan olan cinayət işlərinin təhqiqatının səmərəliliyini artıracaq və istintaq altında olan casusların və terrorçuların digər cinayət növləri üzrə istintaq altında olan şəxslərlə icazəsiz əlaqədən qorunmasına təminat verəcək. Bundan əlavə, bu, xarici kəşfiyyat orqanlarının və terror təşkilatlarının öz agentləri ilə əlaqə yaratmaq cəhdlərini dayandırmağa, istintaqa mane olmağa və onları növbəti təxribat fəaliyyətinə cəlb etməyə kömək edəcək.

SİA-nın məlumatına görə, Piskarev bunu teleqramında qeyd edib.

...Bundan əvvəl “Agentura.ru” jurnalistləri Dövlət Dumasına təqdim olunan üç qanun layihəsinə diqqət çəkiblər. Onlar Rusiyada Federal Penitensiar Xidmətin deyil, Federal Təhlükəsizlik Xidməti sisteminin bir hissəsi olacaq yeni həbsxanalar və istintaq təcridxanaları şəbəkəsinin yaradılmasına imkan verəcəklər.

Məqalənin həmmüəllifi, “Agentura.ru” saytının baş redaktoru Andrey Soldatov “Current Time”-a açıqlamasında, “...layihələr Federal Təhlükəsizlik Xidməti ilə razılaşdırılıb, hökumət tərəfindən tam dəstəklənir. Hökumətin rəyləri var ki, bütün bunlar yaxşıdır və lazımdır”,- deyə bildirib.

Onun sözlərinə görə, “Vahid Rusiya” partiyasından olan layihə müəlliflərinin əsas arqumenti müharibədir. ...Əsaslandırmada açıq mətnlə qeyd olunur ki, 2022-ci ildən başlayaraq Rusiyanın rəsmi sənədlərində müharibə adlandırılan "xüsusi hərbi əməliyyat” səbəbindən ağır cinayətlərdə, yəni dövlətə xəyanətdə, casusluqda, terror aktlarında şübhəli bilinənlərin sayı artıb. Ona görə də paralel həbsxanalar sisteminin yaranmasına gətirib çıxaracaq dəyişikliklər etmək lazımdır, yəqin ki, bu, məni də narahat edir. İşğal olunmuş ərazilərə düşmüş ukraynalı əsirlər və dinc əhaliyə məlumdur ki, bu sistem artıq qismən Federal Təhlükəsizlik Xidmətinin, əks-kəşfiyyat idarəsinin və Federal Təhlükəsizlik Xidmətinin digər bölmələrinin nəzarəti altındadır.

Soldatov deyir bunu da...

Xatırladaq ki, Sovet dövründə DTK-nın öz həbsxanaları var idi. Onun rəhbərliyi altında 1930-1940-cı illərdə “xalq düşmənləri”nin kütləvi şəkildə edam edildiyi Lefortovo istintaq təcridxanası da var idi.

...Və Boris Yeltsinin prezidentliyi dövründə bütün DTK həbsxanaları, o cümlədən Lefortovo Daxili İşlər Nazirliyi sisteminə keçdi. Lakin Lefortovodan ilk qaçışdan sonra həbsxana yenidən Federal Təhlükəsizlik Xidmətinin nəzarətinə keçdi.

1996-cı ildə Rusiya Avropa Şurasına daxil oldu və bir il ərzində FSB qanununu təşkilatın standartlarına uyğunlaşdıraraq yenidən nəzərdən keçirəcəyini vəd etdi. Söhbət Federal Təhlükəsizlik Xidmətinin istintaq təcridxanalarını idarə etmək hüququndan məhrum edilməsindən gedirdi. Həbs edilənlərə təzyiqi aradan qaldırmaq üçün Avropa Şurasının prinsiplərinə uyğun olaraq istintaq və həbs funksiyaları bir-birindən ayrılmalı idi.

2005-ci ildə prezident Vladimir Putin Federal Təhlükəsizlik Xidmətinin bütün həbsxanalarının Ədliyyə Nazirliyinin tabeliyinə verilməsi haqqında fərman imzalayıb.

Bununla belə, Andrey Soldatov qeyd edir ki, faktiki olaraq Lefortovo istintaq təcridxanası xüsusi xidmət orqanlarının nəzarətində qalıb; Federal Təhlükəsizlik Xidməti əməkdaşları sadəcə olaraq penitensiar xidmətə köçürülüb. Formal olaraq işçilər Federal Penitensiar Xidmətin işçiləri kimi siyahıya alınmışdılar, lakin əslində onlar ezam olunmuş işçilərin aparatının zabitləri kimi Federal Təhlükəsizlik Xidmətinə tabe idilər.

Deməli, belə çıxır ki, əgər yeni qanunlar qüvvəyə minərsə, Federal Təhlükəsizlik Xidməti özünün istintaq təcridxanalarını yarada biləcək, həmçinin orada asayişi pozanları araşdırmaq və cəzalandırmaq hüququna malik olacaq. “Lefortovo” təkcə de-fakto deyil, həm də de-yure Federal Təhlükəsizlik Xidmətinə tabe olacaq.

...2024-cü ildə “Memorial” İnsan Haqları Mərkəzi məlumat verib ki, Ukraynaya genişmiqyaslı müdaxilə başlayandan bəri Federal Təhlükəsizlik Xidməti həmçinin əsir götürülmüş Ukrayna vətəndaşlarının saxlandığı Taqanroqdakı 2 saylı İstintaq Təcridxanasına da effektiv nəzarət edib. Onların bir çoxu işgəncələrdən şikayətlənib.

Belə görünür ki, “Stalin dövrünə qayıdış var”..?

Deyim ki, bunu Soldatov bildirir və…

…əsası isə qanunvericiliyə edilən hazırkı dəyişikliklərin həmmüəllifi Vasili Piskarev gətirir: …elə son 10 il ərzində (2015-ci ildən 2024-cü ilə qədər) Rusiyada dövlətə xəyanət, casusluq, terrorizm və ekstremizm hallarının sayı 3 dəfə və həbsdə saxlanılan belə işlərdə şübhəli və müttəhimlərin sayı isə 4 dəfə artıb…

Əli Babayev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://sia.az
archiveBu xəbər 11 İyul 2025 00:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see477

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see460

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see440

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see313

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see309

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see301

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see279

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see261

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see255

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see246

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see238

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see231

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see219

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see212

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see210

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see207

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see205

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see199

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see183

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri